"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi sakinlərə müraciət edib

--2017-01-05 / 14:13

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi sakinlərə  müraciət  edib. Müraciəti olduğu kimi təqdim edirik:

“əziz sakinlərimiz və dəyərli səhifə izləyicilərimiz! Səhifəmizdə mütəmadi olaraq dəm qazı ilə zəhərlənmə haqqında maarifləndirici məlumatlar paylaşırıq.

Qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edin!

- istənilən satış mərkəzindən əldə edilən məişət cihazının müvafiq sənədləri ilə, o cümlədən texniki pasportu, uyğunluq sertifikatı və s. ilə tanış olmalı, onlardan istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənmək lazımdır.

- Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

-Təyinatından asılı olmayaraq obyektlərdə və yaşayış sahələrində standarta uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz.

- Quraşdırılan hər bir məişət qaz qızdırıcısı tələb olunan standartlara cavab verməli, onların təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir.

- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz.”

Belediyye.info

ŞƏRHLƏR