Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi sakinlərə müraciət edib. Müraicəti olduğu kimi təqdim edirik:
"əziz sakinlərimiz, xidmətimizin ünvanı SiZlərsiniz! ətraf mühitin qorunması, ərazilərimizin təmizliyi hər bir vətəndaş üçün vacib sayılmalıdır. ərazilərimizin təmizliyi və səliqəsinin yüksək səviyyədə saxlanılması üçün hamımız səfərbər olmalıyıq. Sizin ruhunuzu oxşayan təmizliyi və səliqəni nəzarətdə saxlamaq bizim borcumuzdur. Bildiririk ki, iri qabaritli tullantıların əraziyə tökülməsi sakini olduğumuz qəsəbənin çirklənməsinə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarına əsasən “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydaları təsdiq edilmişdir.
Qaydalara əsasən istesalat tullantılarının (tikinti tullantıları, ağac budaqları), iri ölçülü məişət əşyalarının (müxtəlif mebel məmulatları), məişət cihazlarının (soyuducu, paltaryuyan və s.) və təkrar xammal tullantılarının məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər yerləşən əraziyə və konteyner meydançalarına atılması normaları müəyyən edilmişdir.
Qaydalara baxmayaraq, əksər hallarda istesalat tullantılarının (tikinti tullantıları, ağac budaqları), iri ölçülü məişət əşyalarının (müxtəlif mebel məmulatları), məişət cihazlarının (soyuducu, paltaryuyan və s.) konteynerlər yerləşən əraziyə və ya konteyner meydançalarından kənara atılması halları müşahidə olunur.
Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə görə vətəndaş məişət tullantılarının konteynerlərdən (urnalardan) kənar yerlərə atılmasına görə 50,0 (əlli) manat məbləğində;
Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə:
- fiziki şəxslər 500,0 (beş yüz) manatdan 800,0 (səkkiz yüz) manatadək məbləğdə,
- vəzifəli şəxslər 2000,0 (iki min) manatdan 3000,0 (üç min) manatadək məbləğdə,
- hüquqi şəxslər 6500,0 (altı min beş yüz) manatdan 8000,0 (səkkiz min) manatadək məbləğdə cərimə edilir.
əziz sakinlərimiz!
Qəsəbəmizi təmiz saxlayaq, məişət tullantılarının konteynerlərdən (urnalardan) kənar yerlərə atmasının qarşısını alaq, sənaye və məişət tullantılarını dərhal aparılmasını təmin edək.
Nəzərinizə çatdırırıq ki, sənaye və məişət tullantılarının daşınaraq ərazidən kənarlaşdırılmasını M.ə.Rəsulzadə bələdiyyəsi həyata keçirir və bununla əlaqədar
412-28-74 , 412-34-67 əlaqə nömrələrə müraciət edərək müqavilə bağlaya bilərsiniz.
Hörmətlə: M.ə.Rəsulzadə bələdiyyəsi"
Belediyye.info