"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi şəhidin doğum gününü ehtiramla yad etdi

--2022-09-01 / 16:33

Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi şəhid Aboyev Ramiz Nazim oğlunun doğum günündə şəhidin adına olan parkda büstün ətrafında toplaşıb onun xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları iştirak edib.

M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycanda cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir, müharibə əlilləri, qaziləri və şəhid ailələrinə göstərilən diqqət və qayğı da bu qəbildəndir. Bu günkü gündə vətəndaşlarımızın, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli və ən başlıca amillərdən biridir.

M.ə.Rəsulzadə bələdiyyəsi olaraq şəhid ailələrini hər zaman diqqətdə saxlamağı özümüzə borc bilirik.

şəhid Aboyev Ramiz Nazim oğlu 01 sentyabr 1968-ci il tarixində Qərbi Azərbaycanın Vedi rayonunda dünyaya göz açmışdır. I Qarabağ müharibəsi başlayan zaman həqiqi hərbi xidmət keçməsinə baxmayaraq, könüllü olaraq özünümüdafiə batalyonunun şuşa şəhərində ordu sıralarına yazılmışdır, kəşfiyyatçı olmuşdur. Müharibə zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəallıqla iştirak etmişdir.

M.ə.Rəsulzadə bələdiyyəsi

ŞƏRHLƏR