Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil edilib.
Ekskursiyada Binəqədi Rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan 99, 115 və 30 saylı məktəblərin şagirdləri iştirak edib.
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi şurasının (iCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.
Ekskursiya zamanı məktəblilərə muzey haqqında muzey bələdçisi tərəfindən ətraflı məlumat verilib.
Belediyye.info