"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi yeni tullantı meydançası istifadəyə verib

--2015-11-26 / 21:52

M.ə.Rəsulzadə bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbə ərazisində əhalinin sıxlığını nəzərə  alaraq əlavə zibil tullantılarının toplanması üçün yeni tullantı meydançası inşa edilib.  Bələdiyyə tərəfindən qəsəbənin ilham Hacıyev küçəsində inşa edilən yeni tullantı meydançasına konteynerlər də yerləşdirilib.

Bələdiyyədən daxil olan məlumata görə, qəsəbə ərazisində bələdiyyə tərəfindən təmizlik işləri davam etdirilir. Qəsəbənin "Baksol" yaşayış massivinin müxtəlif məhəllələrində təmizlik işləri aparılıb.

Böyük bir ərazi ünvansız atılmış, müxtəlif tullantılar məkanına çevrilmiş sahələr ağır texnika vasitəsilə məişət tullantılarından təmizlənib. 

Məsələylə bağlı bələdiyyə sakinlərə bir daha müraciət etməyi də unutmayıb:

"əZiZ SAKiNLəR, ÖVLADLARIMIZIN SAÄžLAM GəLəCəYi NAMiNə TəMiZLiYə RiAYəT EDəK, TəBiəTi QORUYAQ!"

Belediyye.info

ŞƏRHLƏR