Binəqədi Rayon icra Hakimiyyətinin və M.ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə millət vəkili Kəmaləddin Qafarovun qəsəbə sakinləri ilə görüşü keçirilib.
Bələdiyyədən daxil olan məlumata görə, M.ə.Rəsulzadə Bələdiyyəsində təşkil olunan görüşdə Binəqədi rayon icra Hakimiyyəti ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qarabağ əlilləri, I qrup gözdən əlillər, müharibə veteranları, şəhid ailələri və aztəminatlı ailələr iştirak ediblər.
Millət vəkili Kəmaləddin Qafarov qəsəbə sakinlərini Novruz Bayramı münasibəti ilə təbrik edərək, Novruzun Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirib. Millət vəkili bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə Qarabağ əlilləri, I qrup gözdən əlillər, müharibə veteranları, şəhid ailələri və aztəminatlı ailələrə, ümumilikdə 120 nəfərdən çox vətəndaşa bayram sovqatı təqdim edilib, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə isə evlərində baş çəkilərək, onlara bayram hədiyyəsi verilib.
Belediyye.info
|
|
|