Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar M.ə.Rəsulzadə Bələdiyyəsində Everest idman Klubunun idarə Heyətinin üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı Binəqədi rayon M.ə.Rəszulzadə bələdiyyəsi yayıb.
Görüşdə M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və Everest idman Klubu sədrinin birinci müavini Araz əsgərov, klubun ictimaiyyətlə əlaqələr üzrə icraçısı Emin Mirzəyev iştirak ediblər.
Görüşdə M.ə.Rəsulzadə Bələdiyyəsi və Everest idman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüş edilməsi müzakirə olunub.
Görüşdə M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqı üçün böyük faciə olduğunu bildiririb. Bu tarixin unudulmamasının, gələcək nəslin qan yaddaşımızı hər zaman xatırlamasının vacibliyini vurğulayıb.
Bu məqsədlə də Everest idman Klubu ilə birlikdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüşün şərəfli addım olduğunu qeyd edib. Bələdiyyə sədri Xocalı soyqırımı qurbanlarının anımı məqsədilə ediləcək yürüşdə iştirakçılara uğurlar arzulıyıb.
Sonra Everest idman Klubu sədrinin birinci müavini Araz əsgərov çıxış edərək Xocalı soyqırımı qurbanlarının yad edilməsinin vacibliyini vurğulayıb və M.ə.Rəsulzadə Bələdiyyəsinə verilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə digər təşkilati məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, M.ə.Rəsulzadə Bələdiyyəsi və Everest idman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə ediləcək yürüş 24-25 fevral tarixlərində həyata keçiriləcək.
Belediyye.info
|
|
|