Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin Odlar Yurdu kollecinin tələbələri ilə görüş keçirilib. Keçirilən görüşdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Odlar Yurdu kollecinin direktoru Günel Cəfərova, bələdiyyə üzvləri və kollecin “Bələdiyyə təsərrüfatının təşkili” fakültəsinin tələbələri iştirak edib.
M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, vaxtilə ümummilli lider Heydər əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident ilham əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.
Qeyd edək ki, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi və gənclərin bu sahədə aktivliyi haqqında geniş məlumat verərək, bildirdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir və Azərbaycan bələdiyyəçiliyinin özünəməxsusluğunun göstəricilərindən biri də bu sahədə ölkə əhalisinin mənafeyinə xidmət edən tədbirlərin həyata keçirilməsində davamlılığın və ənənəviliyin qorunub saxlanılması təcrübəsidir. Daha sonra tələbələr bələdiyyə ilə daha yaxından tanışlıq üçün şöbələrdə oldular.
Belediyye.info
|
|
|
|
|
|
|