"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsinin gəlirləri 700 min manatı ötüb

--2018-01-19 / 05:33

“Binəqədi rayon M.ə.Rəsuzladə bələdiyyəsi 2017-ci ildə proqnozlaşdırılmış 700.000 manat gəlirə qarşı faktiki gəlir 718.742 manat olmuş və  büdcə  proqnozu  102,7  %  yerinə yetirilmişdir”-bu fikirləri bələdiyyə sədri Hümbət Hüseynov bələdiyyənin bu gün keçirilən hesabat yığıncağında səsləndirib.

Sədrin sözlərinə görə,  2017-ci ildə proqnozlaşdırılmış 700.000 manat büdcə xərclərinə qarşı faktiki xərclər 718.361 manat olmaqla büdcə  102,6 % -lə  yekunlaşmışdır.

Sədr daha sonra bildirb ki, bələdiyyə büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarə haqqı və məişət tullantılarının daşınması üçün xidmət haqqı yığımından formalaşmışdır.

2016-ci ildə olduğu kimi, 2017-ci ildə də fiziki şəxslərdən Yerli vergi və ödənişlərin ödənişi xidmətedici banklar və Azərpoçt şöbələri vasitəsilə nağdsız ödəmə qaydasında həyata keçirilmişdir. Cari ildən isə sakinlərimiz vergiləri stasionar ödəmə terminallarından da ödəyə biləcəklər.

Belediyye.info

 

ŞƏRHLƏR