"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsinin rəhbərliyi professoru təbrik edib

--2018-04-30 / 13:45

Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin rəhbərliyi qəsəbə ziyalısı, filologiya elmləri doktoru, professor Adil Babayevin evində olub. M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon icra Hakimiyyəti başçısının 2 nömrəli SiəD üzrə nümayəndəsi Dilbər şükürova, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Adil Babayevi 80 yaşı münasibəti ilə təbrik edib və elmi-yaradıcı fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, Adil Məhəmməd oğlu Babayev – filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvüdür. 1962-ci ildə ADU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Elə həmin ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir. 1969-cu ildə namizədlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistika, habelə bədii yaradıcılıqla məşğul olur. O, dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır. indiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir. 12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olmuşdur.  Onun "O qızı hər gün görürsən" və "Sarı Gəlin" pyesi televiziyada dəfələrlə göstərilmişdir. "Apardı sellər Saranı" müəllifin son pyesidir. 
Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən "Koroğlunun Çənlibelə qayıdışı" pyesi Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən bəri fasiləsiz göstərilir.

Belediyye.info

ŞƏRHLƏR