Binəqədi rayon icra Hakimiyyəti başçısının M.ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və M.ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ictimai-Siyasi və Humanitar Məsələlər şöbəsiin müdiri Elman Dadaşov və ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Daha sonra Binəqədi Rayon icra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər.
Hesabat məruzələr ətrafında çıxış edən qəsəbə sakinləri hesabat məruzələrinə münasibət bildiriblər və qəsəbədə həlli vacib məsələlərə toxunblar
Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon icra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsinin və M.ə.Rəsulzadə bələdiyyəsi sədrinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib.
Belediyye.info
|
|
|
|
|
|
|