"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsinin sədri xanımları belə təbrik etdi

--2018-03-07 / 13:45

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyənin qadın kollektivini təbrik edib.

Bələdiyyə sədri Hümbət Hüseynov çıxışında qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Dövlət qadın siyasətinin Prezident ilham əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Tədbirdə iştirak edən xanımlar göstərilən diqqətə və qayğıya görə təşəkkür ediblər.

Belediyye.info

ŞƏRHLƏR