2016-cı il iyun ayının 10-da 100 saylı məktəbdə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun və 9 saylı Binəqədi II Seçki Dairəsindən Millət Vəkili seçilmiş Kamaləddin Qafarovun M.ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti görüşü keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Məlumatda qeyd olunur ki, görüşdə rayon rəhbəri və millət vəkili ilə yanaşı, RiH başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və M.ə.Rəsulzadə bələdiyyəsinin təmsilçiləri iştirak edib.
icra başçısı Xaləddin isgəndərov görüşü açaraq ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini bildiriblər.
Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Eyni zamanda millət vəkili Kamaləddin Qafarov da səsləndirilən bir sıra məsələlərə müvafiq izahatlar verərək, onların həllinə köməklik göstərəcəyini bildirib.
Belediyye.info
|
|
|
|
|
|