"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Macarıstan dövlətinin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq başlanır

--2020-09-02 / 15:42

 

Azərbaycan və Macarıstan Respublikalarının yerli idarəetmə qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının koordinatoru Tofiq Həsənovun, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri əziz Zeynalovun, AYRHK-da Azərbaycan nümayəndə heyətinin və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynovanın, AYRHK-da Azərbaycan nümayəndə heyətinin katibi və Milli Assosiasiyasının məsləhətçisi Rövşən Məmmədovun Macarıstan Yerli Hakimiyyətlər Assosiasiyasının rəsmiləriylə video-müzakirə keçirilmişdir.

Macarıstan Yerli Hakimiyyətlər Assosiasiyasının baş katibi Ferenc Gyergyak və Assosiasiyanın beynəlxalq əlaqələr şöbəsinin katibi Sabian Katalin ilə aparılan onlayn görüşdə Pandemiyadan sonra tanışlıq və təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, yerli idarəetmə qurumlarının işinin təkmilləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması məsələləri barədə təkliflər müzakirə edilmişdir. Qeyd edilmişdir ki, hər iki ölkənin şəhərləri arasında müxtəlif sahələrdə regional əməkdaşlığın yaradılması, sosial-iqtisadi və mədəni yönümlü layihələrin reallaşması imkanları nəzərdən keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, digər Avropa ölkələrinin yerli idarəetmə orqanları və onların assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində növbəti video-müzakirələr 2020-ci ilin sentyabr-oktyabr aylarında Çexiya və Slovakiya dövlətlərinin müvafiq qurumları ilə həyata keçiriləcəkdir.

 

               Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası

ŞƏRHLƏR