Noyabrın 20-də Marneuli bələdiyyəsinin 6-cı çağırışının ilk iclası keçirilib. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, ilk iclasda əsas gündəlik məsələlərdən biri bələdiyyə məclisinə sədr və sədr müavini vəzifələrinə seçki olub.
Məlumata görə, ilk iclasda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən bələdiyyə üzvü seçilmiş Amiran Giorqadze səs çoxluğu ilə Marneuli Bələdiyyə Məclisinin sədri seçilib. Ona 35 bələdiyyə üzvündən 31 nəfəri lehinə, 3 nəfər isə əleyhinə səs verib. Bir nəfər bələdiyyə üzvü üzürlü səbəbə görə məclisin işində iştirak etməyib.
Məclisin işində Marneuli meri Temur Abazov iştirak edib.
ilk iclasda həmçinin bələdiyyə sədrinin müavini də seçilib və bu vəzifəyə gizli səs verilməklə səs çoxluğu ilə Mamuka Naveriani seçilib.
Sonra tədbirdə müxtəlif mövzular müzakirə edilib.
|
|
|