Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşları, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri, ədliyyə Nazirliyinin, Azərbaycan Qəsəbə və şəhər Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, KiV-lərin təmsilçiləri iştirak ediblər.
AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının 2018-ci ildə gördüyü işlər barədə hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, Milli Assosiasiyanın 2019-cu il üçün büdcəsi müzakirə edilib.
Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri əli Mehdiyevin hesabat məruzəsi dinlənilib.
Ölkəmizdə uğurla davam etdirilən dövlət siyasəti nəticəsində bələdiyyə orqanlarının ictimai-siyası həyatımıza daha yaxından inteqrasiya olunduğunu vurğulayan ə.Mehdiyev vətəndaşların yerli özünüidarəetmədə fəallığının artdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, hesabat dövründə Milli Məclisin Regional Məsələlər Komitəsi, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, həmçinin, QHT-lərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib. Milli Assosiasiyalarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanıb ki, bələdiyyələrimiz müasir dövrün çağırışına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlər daha tez həllini tapsın.
Hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub.
Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən “Yerli demokratiya həftəsi” çərçivəsində bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırış xarakterli şüarların asılması, sosial şəbəkələr və xəbər portallarında əvvəlcədən yerləşdirilən elanlar bu tədbirlərin kütləviliyini xeyli artırıb.
Diqqətə çatdırılıb ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi, iKT üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” çərçivəsində tədiyyəçilərin uçotunun aparılması işi davam etdirilib.
Hesabat dövründə Milli Assosiasiyaların “Bir bələdiyyə-azı bir layihə” layihəsi çərçivəsində kənd bələdiyyələri tərəfindən 20 istiqamətdə 3157 layihə üzrə 4,8 milyon manatlıq layihələr icra olunub. Bu il isə 3500 layihənin icrası nəzərdə tutulub. 2018-ci ilin yekunlarına əsasən kənd bələdiyyələri üzrə yerli büdcə gəlirləri 13,6 milyon manat olub.
Bildirilib ki, Milli Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və QHT-lər, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
Sonra Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib.
Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin deputatları Tahir Rzayev, Kamran Bayramov və Cavid Osmanov, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, kənd bələdiyyələrinin sədrləri çıxış ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxışında hesabat dövründə kənd bələdiyyələrinin gördüyü işlərdən, dövlətin bələdiyyələrə qayğısından danışaraq, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində olan nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrini bildirib.
Kənd bələdiyyələrinin gəlirlərinin ötən illə müqayisədə azaldığını, tədiyyəçilərin düzgün uçota alınmamasının vergilərin və ödənişlərin yığımına təsir etdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi bələdiyyə üzvlərinin hər zaman seçicilərinin yanında olmasının, onların problemləri ilə yaxından maraqlanmasının vacibliyini diqqətə çatdırıb.
Toplantıda, həmçinin Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyanın 2019-cu il üçün büdcə layihəsi barədə Milli Assosiasiyanın icraçı katibi Vüsal Paşayevin məlumatı dinlənilib.
Ümumi yığıncaqda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərar qəbul olunub.
|
|
|
|