"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masallıda bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə kursu keçirilib

--2016-06-08 / 23:14

Masallı şəhərindəki Heydər əliyev Mərkəzində ədliyyə Akademiyasının və Lənkəran regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə cənub bölgəsində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə kursu keçirilib.

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan bələdiyyə üzvü və qulluqçularının iştirak etdiyi kursda ədliyyə Akademiyasının əməkdaşları “Bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri” və “istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları” mövzularında çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

http://azertag.az/xeber/957751

ŞƏRHLƏR