ədliyyə Akademiyasının və Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Masallı rayonunda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə kurs keçirilib. Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsi yayıb
Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarından olan bələdiyyə üzv və qulluqçularının iştirak etdiyi kursda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Bələdiyyə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili” “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzusunda ədliyyə Akademiyasının əməkdaşları çıxış etmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Belediyye.info