ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin və Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 18 may 2018-ci il tarixdə Masallı rayonunda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə seminar-müşavirə keçirilib. Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsi yayıb
Tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir.
Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarından olan bələdiyyə üzv və qulluqçularının iştirak etdiyi seminar-müşavirədə “Turizmin inkişaf etdirilməsində bələdiyyələrin rolu” mövzusunda Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin məsləhətçisi Mehti Abdullayev “Yerli büdcənin tətbiq edilməsində iqtisadi kodların tətbiqi” mövzusunda isə cəmiyyətin eksperti Zöhrab Fərəcov çıxış etmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Belediyye.info
|
|
|