"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masazır bələdiyyəsi növbəti layihəyə yekun vurub

--2022-10-10 / 20:04

Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən Nizami Gəncəvi küçəsində şəhid Zaur Dövlətovun yaşadığı mənzilin qarşısında inşa edilmiş “şəhid bulağı”nın ətrafına asfalt salınıb. Bununla bağlı Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Məlumatda bildirilir ki, sakinlərin müraciəti və Abşeron RiH-in tövsiyəsinə uyğun olaraq bələdiyyə iclasına müzakirə çıxarılaraq ərazidə abadlıq işlərinin aparılması qərara alınıb. Az müddət ərzində layihə əsasında ərazidə abadlıq işləri aparılmış və küçənin bərbad vəziyyətdə olan hissəsinə asfalt vurulmuşdur.

Bələdiyyədən bildiriblər ki, cari ildə Masazır bələdiyyəsi qəsəbədə bir sıra ciddi və irihəcmli layhələrin həyata keçirib və plana uyğun ilin sonunadək davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR