"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Masazır sakinləri təhlükədə - ViDEO

--2016-12-23 / 18:01

Yaşayış evlərinin həyətlərindən və yaxınlığında yerin altından qaz çıxır. Abşeron rayonu Masazır kəndi Sarı Aşıq və əziz əliyev küçəsində evlərin əksəriyyətində partlayış və zəhərlənmə təhlükəsi var.  Modern.az xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, sakinlər vəziyyət bir neçə ildi ki davam etdiyini bildirib. Son vaxtlar isə bu proses daha da güclənib. ətrafdan keçənlərin qazı yandırması xüsusilədə küləkli havada təhlükəni artırır. Çünki evlər yaxınlıqda olduğundan hər an yanğın baş vermə ehtimalı var

 Maraqlısı budur ki, yerin altından qaz çıxmasına baxmayaraq evlərin əksəriyyətində qaz yoxdur.

 Abşeron rayon icra Hakimiyyəti başçısının Masazır kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini Fəxrəddin Hacıbəyli də ərazidə təhlükənin artdığını bildirir. Bunun üçündə ərazi nəzərətə götürülüb. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün evlərin yaxınlığında qərərgah yaradılıb. Qərərgahda Fövqəladə Hallar Nazirliyinin bir yanğınsöndürən avtomobili və Təcili tibbi yardım maşını gündəlik növbə çəkir.

 Abşeron rayon icra hakimiyyətindən isə sakinlərə cavab məktubunda bildirilib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən manitorinqlər aparılıb. Monitorinqlər nəticəsində yeraltı sızmalardan ibarət qazın tərkibinin sağlamlıq üçün çox təhlükəli olduğu müəyyən edlib. ərazidə hə an partlayış və zəhərlənmə təhlükəsi olduğundan müvafiq tədbir görülənə qədər başqa ərazilərə köçmək tövsiyyə olunur.

 Modern.az

ŞƏRHLƏR