"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Maştağa bələdiyyəsi 2022-ci ilin altıaylığı dövründə görülmüş işlər, o cümlədən maliyyə vəsaitləri və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat

--2022-08-12 / 14:54

Yerli Özünüidarəetmənin yarımillik maliyyə dövriyyəsi üzrə Maştağa Bələdiyyəsi 2022-ci ilin birinci altıaylıq dövründə öz fəaliyyətini Yerli və Dövlət Proqramları üzrə yerli özünüidarənin illik əsas iş Planına uyğun şəkildə və bələdiyyə qərarlarına əsasən yerli büdcənin gəlir xərcləri üzərində quraraq,yerli əhəmiyyətli məsələlərin və eləcə də yerli problemlərin həllinin həyata keçirməklə,üzərinə düşən vəzifələri yerinə yetirmişdir.Belə ki, bu məsuliyyətin nəticəsi olaraq Maştağa Bələdiyyəsi cari beşilliyin 2022-ci ilin birinci altıaylıq hesabat dövrü müddətində Yerli büdcənin gəlirləri ötən ildən (2021-ci il nəzərdə tutulur) növbəti təqvim ilinin əvvəlinə (yanvar ayına) cəmi-11175,20 manat məbləğdə maliyyə qalığı ilə fəaliyyətə başlamış,sonradan I və II rüb ərzində üzərinə bələdiyyənin ərazisində mövcud vergitutma obyektləri və digər mənbələrdən daxil olan yerli vergi və ödənişlərin yekunu olaraq,yerli büdcə mədaxili 200556,97 manat məbləğdə dövlət büdcəsindən ayrılmış dotasiya cəmi 24000,00 manat məbləğdə olmaqla,yerli özünüidarənin ümumi maliyyə vəsaitinin yekun cəmi 224556,97 manat məbləğdə təşkil etmişdir.Bu mədaxilin müqabilində 2022-ci ilin birinci altıaylıq müddətində Yerli Büdcə xərclərinin ümumi yekunu 195759,69 manat və 2022-ci il 01 iyul tarixə cəmi 39972,48 manat məbləğdə maliyyə qalığı keçməklə,Maştağa Bələdiyyəsi tərəfindən yerliözünüidarənin iclasının qərarları əsasında Yerli Sosial Müdafiə və təminat,sosial inkişaf praqramlarının maliyyələşdirilməsi,ətraf mühitin mühafizəsinin təşkili və qismən də sair və digər xərclər və eyni zamanda bələdiyyə fəaliyyətini təşkil edən yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri yerinə yetirilmişdir.Bu xərclər aşağıda qeyd olunmuş xərc istiqamətləri və xərc normativləri üzrə təşkil olunmuşdur.

 1.Yeli özünüidarəetmə orqanının saxlanması xərcləri üzrə - 112254,69 manat məbləğdə

       O cümlədən;

1.1.əməyin ödənişi -93934,33 manat

         O cümlədən;

1.1.1 əmək haqqı - 78215,00 manat

1.1.2. əmək haqqına üstəlik 15719,33 manat (məcburi dövlət sosial sığorta- 13763,93manat işsizlikdən sığorta- 391,08 manat- icbari tibbi söğorta haqları-1564,30 manat

 1.2.Malların alınması və xidmətlərin haqqının ödənilməsi -3341,09 manat

     o cümlədən;

1.2.1.Təsərrüfat məqsədləri üçün malların,inventar və avadanlıqların,dəftərxana ləvazimatı,yanacaq və sürtgü materiallarının alınması - 1277,51

 

1.2.2.Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi -2063,58 manat

     O cümlədən;

      Elektrik enerji haqqı -1154,50 manat

       Qaz ödənişi haqqı – 238,10 manat

       Telefon abunə aylıq və internet -393,75manat

       içməli su haqqı – 277,23 manat

 1.3.3. Sair xərclər - 14979,27 manat

       O cümlədən;

     icbari sığorta işçilər – 308,28 manat

   Büllüten – 893,90

   Asossasiya – 750,00 manat

Bank,modenis,poçt və s xidmət haqq ödənişləri – 7366,39 manat

Bələdiyyə üzvləri və qulluqçularınabayram münasibətilə xərclər – 2000,00 manat

Auditor xidmət haqqı - 1200,00 manat

Bələdiyyə info və arxiv xidmət haqqı – 316,00 manat

Səhv ödənişin qaytarılması - 55,00 manat

Soft-lina MMC sms xidmət haqqı – 295,00 manat

Qəzet jurnal abunə haqqı- 1000,00 manat

Blankların sifarişi haqqı – 312,70 manat

Katriclərin doldurulması xərcləri – 482,00 manat

2. Yerli Sosial Müdafiə və təminat,sosial inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər - 81495,00 manat

O cümlədən

2.3 Sosial yardımlar – 5145,00 manat

2.6 Qəbirstanlıqların saxlanması və idarəolunması xərcləri – 5270,00 manat

2.8 Bələdiyyə yollarının saxlanması -54700,00 manat

2.9 Abadlaşdırma – 16380,00 manat

  1. ətraf mühitin mühafizəsi xərcləri-1010,00 manat

7.Digər xərclər – 1000,00 manat məbləğdə xərclər təşkil etməklə,cari ilin birinci yarımillik hesabat dövrü başa catmışdır.

Hesabata əlavə olaraq fəaliyyət dövrü ərzində Maştağa Bələdiyyəsinə vətəndaşlardan 687 ədəd yazılı və idarə,müəssisə və təşkilatlardan 118 ədəd rəsmi müraciət daxil olmuş və vaxtında da cavablandırılmışdır.hesabat dövrü müddətində,eyni zamanda, 1715 vətəndaş şifahi müraciətlə qəbul edilmiş və bələdiyyə rəhbərliyi tərəfindən dinlənilərək xahişləri təmin olunmağa calışılmışdır.

 Mikayıl Məmmədov

Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR