2014-cü il - «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı» və «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair» Dövlət Proqramlarının icrasının birinci ili Azərbaycan tarixinə növbəti uğurlu mərhələ kimi daxil olmuşdu.
Bu mərhələ həmçinin cənab Prezident ilham əliyevin beynəlxalq miqyasda öz təsdiqini tapmış siyasi kursu - özünün növbəti beşillik mərhələsinin ilk ilini zəfər və təntənə ilə başa burub daha bir addım irəliyə - 2015-ci ilə yüksək nailiyyətlərlə, böyük uğur və dinamik inkişafla, dinc quruculuq dövrünə qədəm qoymuşdur.
Cari il Respublika üzrə ən böyük nailiyyətlərə açılacaq sabahının başlanğıcını, əsasən ölkənin demokratik inkişafının göstəricilərindən sayılan üç mühüm: təntənələrini tarixən yaşaya biləcək dərəcədə zəruri və zəfərlərini görə biləcək səviyyədə əlamətdar Dövlət və Beynəlxalq əhəmiyyətli tədbirlərin yekunlaşdırma mərhələsi ilə açdı. Bunlardan birincisi yarımillik bir dövrün ilk günündən başlayaraq, yuxarıda qeyd olunan 2 Dövlət Proqrammı üzrə tədbirlər Planının ikinci ilinin səhifəsini əsrarəngiz quruculuq işləri ilə öz tarixinə həkk edən Azərbaycan, Hörmətli cənab Prezident ilham əliyevin tədbirincə desək, «son on bir il ərzində dünyada iqtisadi artım tempinə görə surətli inkişafını təmin edən ölkə» kimi hələ ötən ilin sonunda- cari ilə keçid ərəfəsində tarixi öhdəliyə yekun vurub imzalar içində daha bir imzasını təsdiq edərək, yeni bir dövlət əhəmiyyətli bir vəzifənin - «Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqrammı»nın yerinə yetirilməsinə artıq qərar vermişdir. ikincisi, ili, ayı, günü və hətta saatı belə Dünya idman tarixinə qızıl hərflərlə həkk olunacaq beynəlxalq səviyyəli qlobal tədbirin - I Avropa oyunlarına ev sahibliyi etmək vəzifəsini öz üzərinə götürən Azərbaycan Dövləti bu sahədə iki ildən çox davam edən hazırlıq işləri üzrə artıq tamamlanmış müvəffəqiyyətlə başa çatdırılaraq vaxtından əvvəl də təhvil verilmişdir. Mərkəzi, əsasən, Sabunçu rayonunda yerləşən Olimpiya stadionunda və ölkə miqyasında aparılan digər idman qurğuları üzrə tikinti-inşaat işləri ilə əlaqədar artıq yekunlaşdırıimış, 12 iyun 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi üçün hazır olmuşdur. Bu da cari ilin I və II rübün payına düşmüşdür. Nəhayət, üçüncü, növbəti əlamətdar hadisə isə XXI yüzilliyin cari ilinin ilk ayının üçüncü və dördüncü həftəsində 2014-cü il 23 dekabrda Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin üğürlü nəticələrinin təsdiqi və bələdiyyə iclaslarının kollegial orqanları üzrə təşkilati məsələlərin həlli barəsində həlledici qərarların qəbul edilməsi və yerli özünüidarələrin IY beşillik dövrü üzrə formalaşmasıdır. Göründüyü kimi Respublikada davam edən hər hansı quruculuq və inkişaf tempi yerli özünüidarələrin ümumi fəaliyyətini tənzimləyir, həm də əsas inkişaf istiqamətlərini müəyyənləşdirir.
Bu gün Respublikada həyatımızın bütün sahələrini əhatə edən dinamik inkişaf və hüquqi demokratik islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi ölkədə demokratik təsisatların möhkətlənməsinə səmərəli idarəetmə mexanizminin yaradılmasına imkan yarammışdır. Bu baxımdan yerli özünüidarələr - bələdiyyələr cəmiyyətin xədmətində durmaqla, bu gün ölkədə gedən quruculuq prosesində fəal iştirak edərək üzərilərinə düşən vəzifələri yetərincə həyata keçirməyə çalışırlar. Belə ki, üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsində ümumi fəaliyyətlərinə görə Bakı şəhəri, Sabunçu rayonu üzrə qəsəbə bələdiyyələri kimi Maştağa Bələdiyyəsi də həmişə Dövlətin etimadını və əhatə olunduqları yerli əhalinin - öz seçicilərinin inam və etibarını qazanmaqla qarşısına məqsəd qoymuşdur. Son illərdə olduğu kimi, 2015-ci ilin I altıaylıq dövrü müddətində hər zaman olduğu kimi Sabunçu rayonunda yerinə yetirilən Dövlət Proqramının surətli tempdə, yüksək səviyyə və yüksək əhval-ruhiyyədə icrası həmişə diqqət mərkəzində olmuşdur. Bu fikri Yerli Proqramların həyata keçirilməsində, yerli problemlərin həlli prosesində də demək olar. Belə ki, Maştağa Bələdiyyəsi 2015-ci il üçün Yerli Büdcənin gəlir və xərclərinə uyğun olaraq ümumi fəaliyyət istiqamətlərini tənzimləmək üçün illik əsas iş Planı qəbul etmiş və bu əsasda da nəzəri-hüquqi cəhətdən öz fəaliyyətini təşkil etməklə və Yerli Proqramlar əsasında fəaliyyət istiqamətlərini təyinatı məqsədləri üzrə tutmağa çalışmışdır. Bu baxımdan da Maştağa Bələdiyyəsi cari ilin birinci 6 ayında da ümumi fəaliyyətinin istiqamətlərini illik Plana uyğun quraraq, Yerli Büdcə gəlir və xərcləri əsasında həyata keçirir. Maliyyə təminatını Yerli Büdcədən alan Maştağa Bələdiyyəsinin ümumi fəaliyyəti 2015-ci ilin I yarımında Yerli Proqramlara və Azərbaycan Qanunvericiliyinə istinadən hazırlanan illik əsas iş Planı üzrə fəaliyyət istiqamətlərinin məzmunu aşağıdakı şəkildə qruplaşdıraraq,
a) Yerli özünüidarəetmənin hüquqi əsasları üzrə:
- Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilində iqtisadiyyatın kənd təsərrüfatının sahibkarlığın inkişafının dəstəklənməsi infrastruktur, təhsil, səhiyyə, mədəniyyət,idman, informasiya-kommunikasiya texnologiyaları sosial inkişaf, turizm və ekologiya sahəsində əldə olunan uğurların davam etdirilməsi ilə əlaqədar Yerli icra orqanları ilə bərabər Bələdiyyələrin üzərinə düşən vəzifələrin vəYerli Proqramlara əsasən yerli əhəmiyyətli məsələlərin 2015-ci il təqvim ilində yerinə yetirilməklə;
- «2008-2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrasının sonuncu ili üzrə, «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı»nın yerinə yetirilməsini davam etdirməkiə;
- Dövlət Qanunvericiliyinə, Bələdiyyə qərar və aktlarına hüquqi normativ sənədlərə istinad etməklə - Maştağa Bələdiyyəsinin ümumi fəaliyyətini qənanui əsaslarla müəyyən olunmuş qaydada müntəzəm davam etdirmək yerli özünüidarənin bilavasitə vəzifəsidir.
b) yerli özünüidarəetmənin iqtisadi əsasları üzrə;
- bələdiyyə ərazisində yeraltı qrunt sularının yerüstü səthə qalxmasının qarşısını almaq ətraf mühitin mühafizəsini təşkil etmək, onu ekoloji çirklənmələrdən qorumaq və ərazidə ekoloji tarazılığı saxlamaq məqsədilə müvafiq yerlərdə motor-nasos stansiyalarının quraşdırılmasını və suyun kənara vurulmasını təşkil etmək və digər ekoloji və kommunal tədbirlərin görülməsiem,
c) yerli özünüidarəetmənin maliyyə əsasları üzrə;
- Azərbaycan Respublikasının «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanunlarının müvafiq maddələrinin tətbiqi əmlak vergisini toplamaq məqsədilə və fiziki şəxslərin əmlaklarının qiymətləndirilməsini təşkil etmək üçün aidiyyatı orqan və təşkilatlarla əlaqə saxlayıb problemin həlli yollarının tapılması və Yerli Büdcəyə yerli vergi və ödənişlərin hesabına artırılmasının müntəzəm həyata keçirilməsini,
ç) Yerli özünüidarəetmənin ərazi əsasları üzrə:
- bələdiyyə ərazisində qeyri-münbit torpaq sahələrinin istifadəyə az yararlı, ekoloji cəhətdən tam və ya qismən çirklənmiş, yaxud yararsız torpaqların bələdiyyə mülkiyyəti qeydiyyatına alınması və vətəndaşlar, fiziki və hüquqi şəxslər, yaxud idarə və müəssisəəlr tərəfindən qeyri-qanuni (özbaşına tutulmuş və ya zəbt olunmuş torpaq sahələrini qeydiyyata götürməklə, məcburi vergiyə və ya cərimə sanksiyasına cəlb etməklə müvafiq tədbirlərin görülməsini,
d) Yerli özünüidarəetmənin iş prinsipləri üzrə:
- Yerli Büdcənin 2015-ci ildə yerli özünüidarəetmənin Maliyyə Proqramına əsasən, fiziki və hüquqi şəxslərdən torpaq və əmlak vergisi və bələdiyyə faəliyyətindən gələn digər ödənişlər hesabına mütəmadi artırılması,
â– Yerli iqtisadi inkişaf Proqramına əsasən, bələdiyyə ərazisində yağıntı və çirkab sularının vaxtlı-vaxtında kənara vurulması və suni gölməçələrin qurudulması, müvafiq sahələrdə zibil qalaqlarının daşınmasının təşkili və digər abadlıq işlərinin görülməsi, yerli əhalinin texniki su ilə təmin olunmasını,
- Yerli Sosial Müdafiə və Sosial inkişaf Proqramlarına əsasən, yerli sakinlərin aztəminatlı, şəhid, qaçqın və köçkün ailələrinin əmətdar və bayram günlərində sosial-müdafiəsinin təşkili və imkansız şəxslərə himayə və qayğı göstərilməsi, Dövlət şəhər, rayon və qəsəbə səviyyəli görüş və tədbirlərdə bələdiyyənin fəal iştirakının təşkili, ritual və tibbi personal sahədə bələdiyyə xidmətinin və digər mərasim tədbirlərinin yennə yetirilməsini, qəsəbədə kommunal-sosial və abadlıq işlərinin həyata keçirilməsini,
- Yerli Ekologiya proqramına əsasən_qəsəbə ərazisinin həyətyanı və əkin sahələrində ekoloji çirklənmələrə qarşı təxirəsalınmaz tədbirlərin görülməsi, bələdiyyə ərazisində ətraf mühitin qorunması və müntəzəm şəkildə, mühafizə edilməsi, bələdiyyə ərazisində məişət tullantılarının daşınması və kommunal sosial xidmətlərin həyata keçirilməsini,
- Yerli Hüquq Proqramına əsasən bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının maariflənməsi ilə əlaqədar Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələri haqqında müntəzəm şəkildə məlumatlandırma işlərinin aparılması, «inzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun və «inzibati Prossesual Məcəllə»nin tətbiqi il bağlı və Yerli Büdcənin xərclər smetasının qanunauyğun tərtibi haqqında Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələri ilə bələdiyyə üzvləri və qulluqçuları arasında maarifləndirmə işinin təşkili həyata keçirilmişdir.
Respublikada davam edən hər hansı quruculuq və inkişaf tempi cari ildə bütün yerli özünüidarələrin ümumi fəaliyyətinin həm başlanğıcı, həm də əsas inkişaf istiqamətlərinin təkamül prosesidir. Belə ki, son üç ildə Bakıda və şəhər ətrafı qəsəbələrdə Dövlət Proqramına əsasən surətlə gedən sosial-mədəni və iqtisadi quruculuq prosesi xüsusən də, I Avropa oyunlarına ev sahibi etməklə bağlı şərəfli böyük bir işin və öhdəliyin yerinə yetirilmə tələbindən irəli gələn vəzifələrin və eyni zamanda mərkəzi Sabunçu rayon ərazisində inşa edilmiş Olimpiya stadionun və ölkə üzrə aparılan digər idman qurğularının tikintisi və inşaat işlərinin həyata keçirilməsi əslində cari ilin birinci yarısında yekun və tamamlama mərhələsini təşkil etmişdir. Eləcə də, Sabunçu rayonunda icra Haimiyyəti Başçısının iştirakı ilə Dövlət Proqramına əsasən davam etdirilən tikinti- inşaat, təmir-bərpa, abadlaşdırma,asfaltlaşdırma, kommunal təmizlik işləri və digər yenidənqurma tədbirləri, Yerli Proqramların həyata keçirilməsi, bu ümumi quruculuğun tərkib hissəsidir. Belə ki, bu quruculuq prosesi rayonun bütün qəsəbələrini əhatə etdiyi kimi Maştağa Bələdiyyə ərazisində də davam etdirilir. 2015-ci ilin l-ll rübündə nəzərə çarpacaq dərəcədə görülmüş kommunal-təmizlik və abadlıq işləri müntəzəm və mütəmadi şəkildə həyata keçirilməkdə davam etdirilir. Bu prosesi bütün qəsəbəni əhatə edir. Məhəlli xarakterli yollar abadlaşdırılır. Yeraltı qrunt sularının yer səthinə çıxması ilə əlaqədar Maştağa Bələdiyyəsi bu cari ildə tədbir görərək, Ləəç bağ massivi ərazisində gölməçə və göllərin qurudulması və su basmış sahələrin qrunt sulardan azad edilməsi üçün «AzVirt» şirkətinin köməyi ilə 1600 metr uzunluğunda arx-kanal çəkilməsini həyata keçirmişdir. Bunun da 400 metr ərazisi də yeraltı 500 diametrli truba ilə çəkilmişdir. Savalan yaşayış massivinin l-Y kvartalında 2800 kv.m. (400mx7m), maştağa-nardaran şosse yolun sol tərəfində - Nizami küçəsinin sonunda yerli əhəmiyyətli yollarda abadlıq işləri görülmüşdür. Bu cari ildə birinci altıaylıq dövrdə Respublikada davam edən inkişaf Maştağa qəsəbəsində də diqqətə qarpacaq dərəcədə sosial-iqtisadi dəyişiklik yaratmışdır. Belə ki, Dövlət Proqramında qeyd olunduğu kimi son bir ildə - çox hissəsi də cari yarımillikdə qəsəbənin simasını dəyişə biləcək şəkildə quruculuq işləri aparılmış və hal-hazırda da davam etməkdədir. Yeni bağçaların tikilməsi, qəsəbənin mərkəzində 3 mərtəbəli Maştağa Mədəniyyət Mərkəzinin və Elektron kitabxananın inşa edilməsi, Mədəniyyət və istirahət parkının cari ildə abadlaşdırılması, bir neçə yerdə özəl olaraq qəsəbədə əhaliyə iaşə, məişət və ticarət xidməti obyektinin istifadəyə verilməsi və bu kimi digər sosial-iqtisadi dəyişikliklər məhz yarımillik dövrün payına düşür. Cari ilin 6 ayı ərzində Maştağa Bələdiyyəsi ərazisində dövlət əhəmiyyətli yollar kənarında müəyyən olunmuş yerlərdə yerləşdirilən məişət tullantıları üçün ayrılmış xüsusi dəmir yeşiklərindən qəsəbə üzrə kommunal-təmizlik işlərinin görülməsini öz üzərinə götürən Sabunçu rayon icra Hakimiyyətinin Kommunal Təsərrüfat idarəsi tərəfindən zibil tullantılarının daşınmasını həyata keçirmək məqsədilə bələdiyyə Yerli Büdcədən hər ay 1000 manat ayırmaqla əhalinin sosial-kommunal xidmiətinin təşkilinə sərf etmiş və hal- hazırda da bu xidməti davam etdirməkdədir. Bundan başqa, bələdiyyə ərazisində Zeytun zavaodu və keçrniş Subtropik bitkilər sovxozu yaşayış massivlərində Maştağa Bələdiyyəsi əhaliyə sosial-kommunal xidməti bir vəzifə olaraq öz üzərinə götürməklə ZiL-130 yük avtomobili ilə həmin sahələrdən ətraf mühiti süni çirklənmələrdən qorumaq üçün gündəlik və müntəzəm şəkildə məişət tullantılarını daşınmasını həyata keçirir. Cari ildə 6 ay ərzində bu vəzifənin yerinə yetirilməsinə bələdiyyə Yerli Budcədən 8100 manat məbləğdə vəsait xərc sərf etmişdir. Bu da həqiqətdir ki, 2015-ci ilin birinci aytıaylıq dövründə Yerli Bülcənin gəlirlərinə əsasən Yerli sosial müdafiə yerli sosial-iqtisadi inkişaf, yerli ekologiya və digər əhəmiyyətli məsələləri üzrə müvafiq xərclər sırasından əsas mərkəzi Sabunçu rayon ərazisi sayılan və I Avropa oyunlarının açılışı və bağlanışının keçirilmə yeri Olimpiya Stadionunun yerləşdiyi məkanda Sabunçu qəsəbəsində sosial- kommunal və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar hamı kimi Maştağa Bələdiyyəsinin də üzərinə düşən vəzifələrin yerinə yetirilməli olan sosial payı vardı. O cümlədən Dairəvi yolun Kürdəxanı və Nardaran istiqaməti üzrə təmizlik işləri aparılması məhz Maştağa Bələdiyyəsi tərəfindən Yerli Büdcədən vəsait ayrmaqla icra olunmuşdur. Yerli Büdcənin cari ilin I mərhələsi dövrü müddətində ümumi gəlirlərə əsasən Maştağa Bələdiyyəsi ərazisində Yerli Proqramlara uyğun olaraq sosial-iqtisadi və ekoloji məsələ və problemlərin həlli istiqamətində və həmçinin yerli özünüidarənin saxlanması üzrə ümumi xərclər smetası təşkil edəcək dərəcədə maddi vəsait sərf olunmuşdur. əslində bu gəlir və xərclər bütövlükdə Maştağa Bələdiyyəsinin ümumi fəaliyyətinin bir yarımildə olan göstəriciləridir. Bu göstəriciləri hesabat şəklində xərc normativləri ilə iadə etsək görərik ki, Yerli Büdcənin 2015-ci ilin I altıayında əsasən gəlirləri:
- fiziki şəxslərdən torpaq vergisi - 27720 manat;
- fizikişəxslərdən əmlak vergisi - 15776 manat;
- bələdiyyə ərazisində qeyri-yaşayış sahələrindən,stasonar və səyyar ticarət, ictimai iaşə və məişət xidmətlərindən daxil olan ödənişlər - 10098 manat;
- bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər- 13433 manat;
- Dövlət budcəsindən ayırmalar - dotasiya - 4900 manat;
- fiziki və hüquqi şəxslərin maliyyə yardımları - 2500 manat;
- bələdiyyə ərazisindən daxil olan əlavə ö.dənişlər - 600 manat;
- qısa müddətdə geri qaytarılma şərtilə verilən vəsait - 14100 manat, məbləğlərdə olmaqla, ümumi mədaxilin cəmi 89127 manat təşkil etmişdir.
Lakin toplanmış vəsaitin müqabilində Yerli Büdcənin xərcləri aşağıdakı xərc istiqamətləri və normativləri üzrə:
- yerli özünüidarənin saxlanması:
a) işçilərə əmək haqqı - 38302 manat;
b) DSMF-na ödəniş - 9827 manat;
c) cari təsərrüfat xərcləri - 311 marıat;
ç) rabitə xidmətləri haqqının ödənilməsi - 312 manat;
d) elektrik enerjisi haqqının ödənilməsi - 478 manat;
e) qaz haqqının ödənilməsi - 180 manat;
ə) bələdiyyənin inzibati binasının icarə haqqının ödənilməsi -4272 manat;
- yerli sosial məsələlərinvə yerli sosial müdafiənin təşkili:
a) yerli sosial məsələlərin həlli ilə nəqliyyat xidmətləri haqqının ödənilməsi
- 4400 manat;
b) yerli sosial məsələlərin həlli və sair xərclər - 7299 manat;
c) yerli sosial-müdafiənin təşkili - 130 manat;
- yerli iqtisadi məsələ və problemlərin həlli ilə əlaqədar: a) abadlaşdırma və təmizlik işləri - 8100 manat;
- yerli eologiya məsələ və problemlərin həlli ilə əlaqədar:
a) məişət tullantılarının daşınması və ətraf mühitin mühafizəsi xərcləri
- 6000 manat;
ümumi məxaricin yekunu cəmi 81154 manat təşkil etməklə Maştağa Bələdiyyəsi tərəfindən yerli əhəmiyyətli məsələlərin həyata keçirilməsi uğurla yerinə yetirilmişdir».
Artıq sivil cəmiyyətin inkişafının tarixi təcrübəsi göstərir ki, son illərdə ölkədə nail olunmuş sosial-iqtitsadi tərəqqi və dinamik inkişaf həyatın bütün sahələrini əhatə etdikcə,cəmiyyətdə demokratik təsisatlarının möhkəmlənməsinə, səmərəli idarəetmə üsullarının təkmilləşməsinə imkan yaratmışdır. Zaman keçdikcə biz bələdiyyə üzvləri inanırıq ki, Hörmətli Azərbaycan Prezidenti ilham əliyev Cənablarının rəhbərliyi ilə «Azərbaycan 2020: gələcəyə baxış» inkişaf Konsensiyasının və həmçinin 2035-ci ilə qədər «Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı» Dövlət Proqramının həyata keçirilməsi nəticə etibarı ilə yerli özünüidarələrin ən yüksək və genişlənmiş strukturla və cəmiyyətə daha səmərə verə biləcək islahatlarla yerli əhalinin sosial-iqtisadi ekoloji və hüquqi tələblərinin təmin olunmasına, həmçinin yerli məsələlərin tam həllinə gətirib çıxaracaqdır.
iLQAR QURBANOV
Sabunçu rayonu Maştaga bələdiyyəsinin sədri