"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Maştağa Bələdiyyəsinin 2022-ci ildə ümumi fəaliyyəti haqqında hesabatı

--2023-02-02 / 05:44

Ali Baş Komandan ilham əliyev cənablarının bilavasitə rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı 44 gün Vətən müharibəsi müddətində Milli Ordumuz tərəfindən qazanılan Zəfər qələbəsindən sonra qalib Dövlət kimi müharibə şəraitindən sülh siyasətinə keçməklə, yenidən dinc quruculuq və sabitlik dövrünə qayıdaraq, ölkədə uğurla davam etdirilən demokratik islahatların və yeni-yeni layihələrin icrasına böyük sosial-iqtisadi-tərəqqiyə və dinamik inkişafa nail olunmuşdur. Hər ildə əldə olunan bu nailiyyətlər cəmiyyətimizin və həyatımızın bütün sahələrinə - o cümlədən, səmərəli yerli idarəetmə mexanizminin tam formalaşmasına, ümumi fəaliyyət dairəsinin genişlənməsinə, Dövlət və Yerli proqramlarında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə (təbii ki, Yerli Büdcə gəlirlərinin artırılması hesabına olmaqla) demokratik ənənələrin təkmilləşərək həyat normasına çevrilməsinə həmişə geniş imkanlar yaratmışdır. Belə prespektiv planların icrası 2022-ci ildə ölkə üzrə bütün bələdiyyələrdə olduğu kimi, Maştağa Bələdiyyəsində də ümumi iş və fəaliyyət prinsiplərinin həyata keçirilməsini mövcud Qanunvericilik üzrə verilmiş hüquq və səlahiyyətləri daxilində, Bələdiyyə iclaslarının qərarları əsasında və Yerli Büdcənin gəlir və xərcləri üzrə quraraq, məqsəd və vəzifələrini öncədən təsdiq olunmuş illik əsas iş Planına uyğun şəkildə - Yerli Proqramların tələblərinə müvafiq formada yerinə yetirilmişdir. Bu barədə təqdim edəcəyimiz ilkin məlumatımız Maştağa Bələdiyyəsinin ümumi fəaliyyəti haqqında da kifayət qədər təsəvvür yarada bilər. Belə ki, ötən illərdə olduğu kimi 2022-ci illərdə aşağıda qeyd edilən bələdiyyə fəaliyyətilə bağlı vəzifə və öhdəliklər yerli özünüidarəetmənin illik iş Planına və Yerli Büdcə xərclərinə əsasən yerli əhəmiyyətli məsələ və yerli problemlərin həllinə yönəlmişdir:

  1. Yerli özünüidarəetmənin hüquqi əsasları üzrə:

- Maştağa Bələdiyyəsi Dövlət Qanunvericiliyindən, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından, Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrindən, müvafiq və yerli icra orqanları göstərişlərindən irəli gələn tələblərinə uyğun olaraq, yerli özünüidarələrin qarşısına qoyulan və üzərinə düşən vəzifələri tam imkanları daxilində əməli fəaliyyəti sayəsində yerinə yetirmişdir. Bu görülən məsuliyyətli işin və vətəndaşlara xidmətin nəticəsidir ki, 2022-ci il hesabat dövründə icra orqanlarından, idarə və təşkilatlardan yekun cəmi - 235 ədəd, fərdi və kollektiv şəkildə vətəndaşlardan cəmi - 1570 ədəd yazılı müraciət daxil olmuş, eyni zamanda, Bələdiyyə Sədri və müavinlər tərəfindən ümumi cəmi - 4237 nəfər vətəndaş qəbul edilərək, dinlənilmiş, yazılı və şifahi müraciət cavablandırılmışdır. Eyni zamanda, 2022-ci il ərzində Maştağa Bələdiyyəsi idarə və vətəndaş müraciətlərinə əsasən 16 iclas keçirmiş, gündəliyə çıxarılan ,əsasən, 40 mühüm məsələyə, o cümlədən, bunlardan 12-si Bələdiyyələrlə iş Mərkəzindən daxil olmuş tövsiyələrə, 28-i isə aylıq görüləcək cari məsələlər üzrə (burada onlarla fərdi və kollektiv şəkildə vətəndaşlardan daxil olan sakinlərin Sosial Müdafiəsinin təşkili üzrə yerli əhəmiyyətli və digərləri yerli problemlərin həlli ilə bağlı) günün aktual rəsmi məktub və müraciətlərə baxılmışdır.

2. Yerli özünüidarəetmənin iqtisadi əsasları üzrə:

- Maştağa Bələdiyyəsi ərazisində abadlaşdırma işləri ilə bağlı yerli əhəmiyyətli məsələlərin həlli bələdiyyə mülkiyyətinə verilmiş qəsəbədəki orta əsrlərə məxsus qəbiristanlıqlarda abadlıq və quruculuq tədbirlərinin təşkili və eyni zamanda, yerüstü səthə qalxmış qrunt sularının kənarlaşdırılması məqsədilə müvafiq yerlərdə quyu və su anbarları üzərində quraşdırılmış nasos qurğuların əsaslı və cari təmirini müntəzəm şəkildə aparılmaqla bərpa və quruculuq prosesinin davam etdirilmişdir.

3. Yerli özünüidarəetmənin maliyyə əsasları üzrə:

- Maştağa Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” , “Bələdiyyələrin iqtisadi əsasları haqqında” Qanunların müvafiq maddələrinə əsasən 2022-ci ildə Yerli Büdcəyə yerli özünüidarənin inzibati ərazisində mövcud vergitutma obyektləri ilə digər ödənişlərdən daxil olan gəlirlərin artırılmasına mütəmadi olaraq çalışılmışdır.

4. Yerli özünüidarəetmənin iş prinsipləri üzrə:

Yerli Büdcənin 2022-ci ildə yerli özünüidarənin maliyyə proqramına, yerli Sosial Müdafiə, Sosial-iqtisadi inkişaf və Yerli Ekologiya proqramlarına əsasən 2022-ci ildə hesabat dövründə Bələdiyyənin büdcəsinin artırılması məqsədilə yerli özünüidarənin əmlak və torpaq vergilərindən başqa digər xidmət və fəaliyyətlərdən daxil olan gəlir və ödənişlər hesabına maliyyə sahəsində, qəsəbə ərazisində yerli əhəmiyyətli məhəllədaxili yolların bələdiyyə qərarı və bələdiyyə sifarişi əsasında qreyderlə hamarlayıb, şebel töküb möhkəmlətməklə, cari təmirini, qəsəbədəki şəhidlər Xiyabanı ilə Mədəniyyət və istirahət Parkında, bələdiyyə mülkiyyətinə verilmiş qəbiristanlıqlarda abadlıq və təmizlik işlərinin görülməsini sosial-iqtisadi inkişaf sahəsində, ekoloji çirklənmələrdən ətraf-mühitin qorunmasını və təbiətin mühafizəsinin təşkilini ekoloji sahədə və yerli sakinlərin – aztəminatlı, şəhid, qazi, imkansız ailələrin və tənha, xəstə və əlillərin sosial-müdafiəsinin təşkilini sosial sahədə Maştağa Bələdiyyəsi öz səmərəli fəaliyyətini əsaslı şəkildə həyata keçirmişdir.

Yerli hüquq Proqramına əsasən Maştağa Bələdiyyəsi özünün “Gender məsələləri və məişət zorakılığına qarşı mübarizə” komissiyası tərəfindən 2022-ci ildə bələdiyyənin inzibati ərazisində insan hüquqlarının qorunması və müdafiəsi sahəsində qayğıya və köməyə ehtiyacı olan aztəminatlı, ağır xəstələrinə xidmət edən, ailə başçısını itirmiş və çoxuşaqlı imkansız ailələrə maliyyə yardımı və kömək məqsədilə kommunal xərclərini qarşılamaq üçün 3 ailəyə hər ayda 20,00 manat olmaqla daimi, 37 ailəyə hesabat ilində müxtəlif məbləğlərdə maliyyə vəsaiti yardım, 4 çoxuşaqlı ailəyə yekun cəmi 11 şagirdə məktəbli forması və məişət zorakılığına məruz qalmış 1 ailəyə onkoloji xəstə övladının müalicəsinə kömək göstərilmişdir.

            Yuxarıda qeyd edilən iş prinsipləri üzrə Maştağa Bələdiyyəsinin ümumi fəaliyyətinin iqtisadi göstəriciləri il bağlı Yerli Büdcənin gəlir və xərcləri barəsində yerli özünüidarənin 2022-ci təqvim ilində aşağıda qeyd edildiyi kimi illik hesabatında ətraflı məlumat verilmişdir. Belə ki, Maştağa Bələdiyyəsi 2022-ci ildə öz fəaliyyətini ötən ildən yeni təqvim ilinə 01 yanvar ayından Yerli Büdcənin qalıq məbləği cəmi – 11175,20 manat olmaqla, başlayaraq üzərinə düşən vəzifələri Dövlət və Yerli Proqramlar üzrə qəbul olunmuş illik əsas iş Planı və Yerli Büdcənin gəlir və xərclərinə uyğun şəkildə və bələdiyyə iclasların qərarları əsasında yerinə yetirməklə, yerli əhəmiyyətli məsələlərin, eləcə də, yerli problemlərin həllini cari ilin hesabat dövrü ərzində bələdiyyə ərazisində mövcud olan vergitutma obyektləri ilə digər gəlir mənbələri üzrə yerli Büdcyə daxil olan yerli vergi və ödənişlərdən, o cümlədən,

- fiziki şəxslərdən torpaq vergisindən (1.1) - 106100,83 manat;

- fiziki şəxslərdən əmlak vergisindən (1.2)   - 205635,31 manat;

- torpaq icarəsindən (istifadəsindən)                        - 57652,79 manat;

- stasionar, ticarət, kommersiya və digər ödənişlərdən - 18215,40 manat;

- dövlət büdcəsindən verilən dotasiyadan (2.9.1) - 24000,00 manat;

- digər gəlirlərdən (ritual xidmətlərdən) (2.10) - 4788,0 manat;

Məbləğlərdə olan bu gəlirlərin cəmi yekunu - 416392,33 manat məbləğdə təşkil edən maliyyə vəsaiti əsasında həyata keçirmişdir.

            Maştağa Bələdiyyəsi 2022-ci ildə hesabat dövrü müddətində daxil olan bu ümumi mədaxilin müqavilində Yerli Büdcə xərclərinin ümumi yekunu – 422792,65 manat və növbəti təqvim ilinə maliyyə qalığı – 4774,88 manat məbləğdə olmaqla, Maştağa Bələdiyyəsi tərəfindən yerli özünüidarənin iclaslarının qərarları əsasında Yerli Büdcənin icrası aşağıdakı təşkilatda olduğu kimi xərc istiqaməti göstəriciləri və xərc normativləri üzrə bələdiyyənin saxlanma və yerli əhəmiyyətli məsələlərlə birlikdə yerli problemlərin həlli məqsədlərinə sərf olunmuşdur.

1. Yerli özünüidarəetmə orqanının saxlanma xərcləri üzrə - 262693,45 manat məbləğdə;

o cümlədən;

1.1. əməyin ödənişi              - 230624,52 manat;

1.1.1. əmək haqqı                             - 192045,00 manat;

1.1.2. əmək haqqına üstəlik - 38579,52;

            - məcburi dövlət sığorta   - 33778,36 manat;

            - işsizlikdən sığorta   - 960,26 manat;

            - icbari tibbi sığorta   - 3840,90 manat;

1.2. Malların alınması və xidmətlərin haqqının ödənilməsi – 6455,60 manat;

o cümlədən;

1.2.1. Təsərrüfat məqsədləri üçün malların, inventar və avadanlıqların dəftərxana ləvazimatı, yanacaq sürtkü materiallarının alınması – 2612,02 manat;

1.2.2. Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi – 3843,58 manat;

            - elektrik enerji haqqı            - 2371,50 manat;

            - qaz istilik enerji haqqı        - 269,60 manat;

            - sudan istifadə haqqı - 327,23 manat;

            - telefon abunə və internet haqqı - 875,25 manat;

1.3.3. Sair xərclər – 25613,33 manat;

- bülleten - 1116,38 manat;

- Assosiasiya - 1800,00 manat;

- cari il üzrə ödəmələr - 1080,00 manat;

- icbari sığorta (işçilər) - 312,41 manat;

- katriclərin doldurulması - 842,00 manat;

- blankların sifarişi və konvertlərin alınması - 486,00 manat;

- bələdiyyə üzvləri və qulluqçularına bayram mükafatı - 1410,00 manat;

- bank, emanat və poçt xidmət haqqı - 13773,94 manat;

- Aiditor xidmət haqqı - 1200,00 manat;

- inzibati bina üzrə kondisionerlərin təmiri - 480,00 manat;

- bələdiyyə info – arxiv xrcləri - 616,00 manat;

- səhv ödənişin geri qaytarılması - 201,00 manat;

- Soft-line MMC – sms x/h - 295,00 manat;

- KiV-nə abunə haqqı - 2000,00 manat;

2. Yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər üzrə - 134194,20 manat məbləğdə;

2.3. Mədəni-kütləvi bayram tədbirlərinin tşkili, mədəniyyət incəsənət informasiya, bədən tərbiyəsi və bu qəbuldan olan digər fəaliyyətlə bağlı xərclər – 2200,00 manat;

- Zəfər günü münasibətilə - 400,00 manat;

- H.əliyev adına Maştağa Mədəniyyət və istirahət parkında süni Yeni il şam ağacının quraşdırılması və bəzədilməsi - 1800,00 manat;

2.4. Sosial yardımlar – 13416,20 manat;

- imkansız ailələrə maddi yardım – 3282,00 manat;

- Azərbaycan Milli Orduya maddi kömək – 2200,00 manat;

- Vətən Müharibəsi döyüşçüsü qazinin evinin təmirinə kömək məqsədilə tikinti-təmir materialları alınmasına yardım – 5638,20 manat;

- az təminatlı, təmirə ehtiyacı olan başçısını itirmiş 3 uşaqlı ailə və digər tənha qadının evinin dam örtüyü təmiri məsrəflərinə kömək göstərilməsi üçün (təmir materialları almaqla, vətəndaş müraciətlərinin təmin olunması məqsədilə) yardım – 1400,00 manat;

- şəhid ailələrinə Novruz bayramı münasibətilə yardım payı verilməsi ilə Sosial Müdafiəsinin təşkilinə - 896,00 manat;

2.6. Qəbiristanlıqların saxlanması və idarə olunması xərclərinə - 18593,00 manat;

2.8. Bələdiyyə yollarının saxlanılması yerli əhəmiyyətli məhəllə daxil yolların (qreyder salıb hamarlamaqla, şebel tökərək möhkəmlətməklə) cari təmirinə - 64300,00;

2.9. Abadlaşdırma işləri görülməsi (asfaltlaşdırma) – 27640,00 manat;

5. ətraf mühitin mühafizəsi xərclər üzrə - 29550,00 manat məbləğdə;

7. Digər xərclər üzrə - 4400,00 manat məbləğdə olmaqla, Maştağa Bələdiyyəsinin iqtisadi əsasları üzrə dövrü maliyyə fəaliyyəti təşkil edilmişdir. Bununla da yerli özünüidarəetmə yeni təqvim ilinə Yerli Büdcə qalığı 4774,88 manat məbləğlə keçərək, cari beşilliyin növbəti – 4-cü ilinə qədəm qoymaqla ümumi fəaliyyətini davam etdirməyə başlamışdır.

 M.K.Məmmədov      

Sabunçu rayonu Maştağa Bələdiyyəsinin sədri                                        

 

           

ŞƏRHLƏR