"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Maştağa sakinlərinə hesabat verildi

--2018-01-27 / 17:43

Sabunçu rayon icra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin və Maştağa Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Maştağa qəsəbəsində yerləşən 255 saylı məktəbin akt zalında Sabunçu rayon icra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin və Maştağa Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

iclasda Sabunçu rayon icra Hakimiyyəti Başçısının müavini Avtandil Hüseynzadə və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak ediblər.

iclası giriş sözü ilə açan Avtandil Hüseynzadə qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi əlican Xəlilov və bələdiyyə sədri ilqar Qurbanov görülmüş işlər və qarşıda duran vəzifələrdən  danişiblar.

Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənilərək aidiyyatı qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Belediyye.info

ŞƏRHLƏR