"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məcburi köçkün müraciətinə müsbət rəy verilib

--2016-06-10 / 22:38

Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yaşayan Kəlbəcər rayonundan olan  məcburi köçkün Səftərov Rafiq Möhübbət oğlu uçmuş daş hasarının bərpası ilə əlaqədar  köməklik göstərilməsi barədə Biləcəri qəsəbə nümayəndəliyinə və bələdiyyəyə müraciət etmişdir.

Bununla əlaqədar Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi ibad ibrahimov, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və bələdiyyənin sədr müavini Sahib Nağdaliyev adıçəkilən  ünvana baxış keçirmişdir.

Hər iki qurum təmsilçilərinin birgə müzakirəsindən sonra  vətəndaşa müvafiq köməklik göstərilməsi qərara alınıb.

Belediyye.info

ŞƏRHLƏR