Bərdə rayonunda formalaşan 66 bələdiyyənin 2019-cu ildə illik büdcə gəlirinin həcmi 285.500 manat olub. Bu da 2018-ci illə müqayisədə büdcə gəlirlərində 22 faizədək azalma deməkdir. əldə edilən vəsaitin 12.200 manatı, yəni ümumi büdcə gəlirinin 4.3 faizi mədən vergisindən daxil olub. Qeyd edək ki, digər istiqamətlərdə geriləmə olsa da, bu istiqamətdən ötən illə müqayisədə 5.5 dəfəyədək artım müşahidə olunub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Bərdə rayonunda formalaşan 66 bələdiyyə il ərzində 24.000 manat əmlak vergisi, 32.900 manat torpaq vergisi, 300 manat dayanacaq rüsumu toplaya bilib. Bununla yanaşı il ərzində 1.800 manatlıq bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və səyyar ticarət ictimai iaşə və digərlərinə görə ödəniş olub. Ötən il Bərdə bələdiyyələri tərəfindən 13.200 manatlıq əmlak özəlləşdirilib və 77.800 manat torpaq sahəsinin icarəyə verilməsdindən icarə haqqı toplanılıb.
Təəssüf ki, il ərzində yerli büdcəyə dayanacaq rüsumu, mehmanxana rüsumu, reklam vergisindən heç bir vəsait daxil olmayib. Maraqlı məqam ondadır ki, Bərdə bələdiyyəsi 2017-ci ildə 56.900 manatlıq açıq məkanda reklamın yerləşdirilməsi və yayımı üçün ödəniş topladığı halda 2018-ci ildə bu rəqəm 3.200 manata düşüb, ötən il heç il isə heç bir maliyyə vəsaiti toplanılmayıb.
Qeyd edək ki, il ərzində Bərdə bələdiyyələrinə 122.100 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Bərdə bələdiyyələri ötən il üçün əldə etdiyi maliyyə vəsaitinin 97.5 faizini yerli orqanların saxlanmasına xərcləyiblər.
Onu da əlavə edək ki, Bərdə bələdiyyələrinin ötən illərdən yığılıb qalmış təxminən 700 min manatlıq DSMF borcları var. Hər halda Bərdə bələdiyyələrinin borcunun silinməsində bələdiyyə sədrləriylə yanaşı, rayon icra hakimiyyəti və digər qurumlar əhaliylə birgə dəstək göstərməlidirlər. Bu qədər borcla bələdiyyələr ərazilərində konkert olaraq hər hansı iş görmək iqtidarında deyillər.
Belediyye.info