Ölkə Prezidenti cənab ilham əliyevin tapşırıq və tövsiyyələrinə əsasən Göyçay rayon icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə videokonfrans vasitəsilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakıyla vətəndaşlarla növbəti qəbul keçirib.
12 may 2020-ci il tarixdə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə keçirilən video konfransda, ümumilikdə 52 vətəndaşın problemləri dinlənilib.
icra başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən fərdi yaşayış evlərinin təmir edilməsi, maddi yardım və işlə təmin olunmaları və sair məsələlərin həllində köməklik göstərilməsi ilə bağlı olub.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər müzakirə zamanı həll olunub, digər mələlərlə bağlı araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
http://goychay-ih.gov.az/news/586.html