sorğu
Abşeron rayonu Mehdiabad bələdiyyəsi ilin altı ayı ərzində 55.974 manat maliyyə vəsaiti əldə edib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Büdcə gəlirlərində torpaq vergisinin həcmi 9.2 faiz (5.192manat), əmlak vergisinin həcmi 33.7 fazi (18.900 manat) olub.
Bələdiyyə büdcəsinə icarə haqlarından isə 1.540 manat maliyyə vəsaiti daxil olub.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 28.289 manat (yəni 50.5.%), icarəyə verilməsindən isə 550 manat maliyyə vəsaiti daxil olub.
Mehdiabad bələdiyyəsi əhaliyə təklif edilən dəfn və mərasim xidmətlərinin görülməsindən 880 manat manat maliyyə vəsaiti əldə edib.
Belediyye.info