"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhəllə komitəsinin fəalları ilə görüş keçirilib

--2018-01-10 / 07:34

 

Mingəçevir bələdiyyəsinin üzvləri “Mingəçevir kəndi” məhəllə komitəsinin fəalları ilə görüş keçiriblər. Görüş bələdiyyənin maliyyə dəstəyi ilə tikilmiş söhbətgahda baş tutub. Çay süfrəsi arxasında keçən görüşdə komitə üzvləri kənd sakinlərinin üzləşdikləri problemlər barədə danışıblar.

Bələdiyyə sədri Coşqun Abdullayev yerli əhəmiyyətli məsələlərin həllində yardımçı olacağını bildirib. Kənd sakinlərindən idris Fərruxov, ibrahim ilyasov və Səyyaf Mustafayev bələdiyyənin fəaliyyətindən razılıqlarını dilə gətirdilər və belə görüşlərin mütəmadi keçirilməsini təklif ediblər.

Qeyd edək ki, bələdiyyə kənd icmasının müraciətinə əsasən, sakinlərin istirahət yeri olan klubun qarşısında söhbətgah tikintisi üçün lazım olan 726 manat dəyərində inşaat materialları alaraq məhəllə komitəsinə təhvil verib.

     Belediyye.info

 

 

ŞƏRHLƏR