"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhəllədaxili yola asfalt salınır

--2018-08-09 / 15:31

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bir qrup qəsəbə sakininin bələdiyyəyə müraciətinə bələdiyyə iclasında baxılaraq müsbət qərar verilib. Qeyd edək ki, sakinlərin əsas xahişi bərbad vəziyyətdə olan məhəllədaxili yolun bərpasıyla bağlı olub.

Biləcəri bələdiyyəsinin və sakinlərin də bilavasitə dəstəyi ilə küçənin ciddi ehtiyacı olan 300 metrlik  ərazisində bərkitmə işləri aparılmış və asfalt vurulmuşdur.

Bir həftə ərzində davam edən təmir bərpa işləri bu günlərdə başa çatdırılacaqdır.

Biləcəri bələdiyyəsinin kollektivi Belediyye.info vasitəsiylə sakinlərə küçənin abadlığında fəallıq göstərdiklərinə görə təşəkkürlərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR