Abşeron rayon Məhəmmədi bələdiyyəsinin yaydığı məlumata görə, cari ilin əvvəlindən qəsəbə ərazisində yol kənarı sahələrdə 1000 ədəd zeytun ağacı, 800 ədəd “Eldar şamı” əkilib.
Məhəmmədi bələdiyyəsinin müvafiq strukturunun əməkdaşlarının iştirakıyla əkilən ağaclar mütəmadi olaraq sulanır və onlara arqotexniki qulluq göstərilir.
Bu müddət ərzində bələdiyyənin həyata keçirdiyi layihələrdən biri də qəsəbənin yol kənarındakı hasarların çay daşı ilə üzlənməsi olub. 14 min kv.m-lik ərazidə abadlıq işləri aparılıb.
Bununla yanaşı bələdiyyənin inzibati binası və ikincü Dünya və Qarabağ müharibəsi qəhrəmanlarına qoyulmuş abidənin ətrafında abadlıq işləri də artıq başa çatdırılmışdır.
Bələdiyyədən daxil olan məlumata görə, ötən il ərzində bələdiyyənin təşəbbüsü və dəstəyi ilə 25.5km lik qəsəbədaxili yollar təmir edilərək sakinlərin istifadəsinə verilib.
Bununla yanaşı yol boyu iki km lik ərazidə qrunt sularının axıdılması üçün boru xətti də çəkilib.
Beleldiyye.info