"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhəmmədi bələdiyyəsi parkın əsaslı təmirinə başlayıb

--2017-04-17 / 08:04

Abşeron rayon Məhəmmədi bələdiyyəsinin sədri Xəyaləddin Məmmədovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə iclasının qərarı və Abşeron rayon icra Hakimiyyətinin təşəbbüsü ilə qəsəbə ərazisində  ikinci Dünya müharibəsi qəhrəmanlarının şərəfinə qoyulmuş abidə və park yenidən qurulur.

Bələdiyyənin maliyyəsiylə həyata keçirilən təmir-bərpa işlərinin aprel ayının sonunadək başa çatacağı deyilir.

Hazırda abidəyə gedən yol və ətraf ərazilərdə abadlıq işləri sürətlə davam edir. Bununla yanaşı ərazidə yaşıllıq zolağında əlavə  gün kolları və ağaclar əkiləcək.

Qeyd edək ki, “Veteranlar parkı”nın keçmiş  sovet dövründə   müharibədəki qələbənin 50 illiyi şərəfinə istifadəyə verildiyi deyilir.

Məlumata görə, son illər parkda əsaslı təmir işləri aparılmamışdır.

Belediyye.info

ŞƏRHLƏR