"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhərrəm əsgərov: "Sakin məmnunluğu bizim üçün çox önəmlidir."

--2019-06-04 / 06:28

"Sakin məmnunluğu bizim üçün çox önəmlidir. istər bələdiyyənin binasında, istər ərazimizdə sakinlərlə görüşlərə xüsüsi diqqət yetirir onların problemləri ilə yaxından tanış olunur və həlli istiqamətində bir çox işlər aparılır. Desək problem yoxdur yalan olar. Bu problemləri öyrənmək üçün səyyar görüşlər keçirilir əhali ilə sıx əlaqələr yaratmağa çalışırıq" - fikirləri sakinlərlə səyyar görüşdə Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri Məhərrəm əsgərov bildirib.

Belediyye.infoya daxil olan məlumata görə, M.əsgərov Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan 28 May qəsəbəsində yerləşən 306 saylı orta məktəbin akt zalında sakinlərlə görüş keçirmişdir.

Görüşdə "28 May" qəsəsəbi üzrə icra nümayəndəsi Namil Məmmədov və 306 saylı orta məktəbin rəhbərliyi də iştirak etmişdir.

Görüş zamanı sakinləri narahat edən problemlərlə yaxından tanış olunmuş həlli istiqamətində söhbətlər aparılmışdır.

Belediyye.info

ŞƏRHLƏR