Bu gün onun günüdür. Ömrünün altmışıncı oniliyini başa vurub növbəti onilliyinə qədəm qoyur.
Ötən 60 ildə keşməkeşli həyat yolu keçən Məhərrəm Xəlilov üçün ağır gün onun dədə-baba yurdu olan Qərbi Azərbaycanın Ardanış kəndini məcburən tərk etməsi olub.
1988-ci ildə, düz otüz il əvvəl, doğma yurdunu ailəsiylə birgə etmişdi Məhərrəm Xəlilov. Erməni silahlı birləşmələrinin kənd sakinlərinə qarşı etdiyi zorakılıqlara sakinlər əliyalın sinə gəlsələrdə, sonda tərk etmək məcburiyyətində qaldılar. Doğma rayonunda cəmi beş il müəllim kimi işləyə bildi. O da nə çətinliklərlə.
Otuz ildir paytaxda yaşasa da bu gün Ardanış haqqında söz düşəndə göz önünə Göycə gölünün füsunkar gözəllyi düşür...
Bu gün mənim üçün Hacı Məhərrəm Xəlilov həyatda dəyər verdiyim insanlardan biridir.
2004-cü ildən həmkarlar sistemində çalışır.
2011-ci ilə kimi Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Abşeron rayon komitəsinin sədri, 2011-ci ilin fevralından isə ittifaqən sədri vəzifəsinə seçilib.
Səmimiyyətiylə hər kəsin qəlbində özünə yer edən Məhərrəm Xəlilov bu gün öz dogma kəndinin bütün adət və ənənələrini qorumaqda davam edir.
Kəndinin söz boxçasından tutmuş duzlu-məzəli əhvalatlarınadək yaşatmağa və təbliğ etməyə çalışır.
Sözsüz ki, böyüməkdə olan gənc nəsil bir çox mətləblərdən xali deyil. Və bu kimi məsələləri də məhz Məhhərmn Xəlilov kimi ziyalılar yaşadır.
Bu gün Məhərrəm Xəlilova doğma yurdu olan Ardanışa bir daha qovuşmaq istəyinin sönməməsini və yalnız can sağlığı ilə bu istəyə qovuşmağı arzulayıram…
Məhərrəm Xəlilova ən xoş arzularla
Vüqar Tofiqli