“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı ərazi şöbəsinin şamaxı rayonu şəhriyar qəsəbə bələdiyyəsinins sədri Musa Musayev barəsində 05 aprel 2018-ci il tarixli MN â„– 0278977 saylı qərarı ləğv edilib və iş üzrə icraata xitam verilib”- Belediyye.infoya bu barədə məlumatı şamaxı rayon şəhriyar bələdiyyəsinin sədri Musa Musayev bildirib.
Onun sözlərinə görə, bununla bağlı qarşı tərəfin iştirakıyla məhkəmə araşdırması aparılıb, məhkəmə instansiyası tərəfindən qanunauyğun şəkildə qərar qəbul edilib.
Məhkəmə aradırması zamanı 11 saylı ərazi şöbəsi tutarlı sənədlər təqdim etməmiş, həmdə protokloun tərtibində bir sıra ciddi yalnışlığa yol vermişlər. Qərarda məhz bu məqamlara əsaslanaraq iddianı təmin edib.
Xatırladaq ki, aprelin 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən şamaxı rayonu şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı və şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkarlanıb.
Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub. inzibati xəta törətdiyinə görə, şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə edilib.
Yol verilən qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün şəhriyar qəsəbə bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Belediyye.info