Xətai bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, cari ilin altı ayı ərzində bələdiyyədə keçirilən altı iclasda 34 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, hazırda bələdiyyədə üç daimi komissiya fəaliyyət göstərir. Bunlardan hesabat dövründə “Yerli Büdcə və iqtisadi inkişaf məsələləri” Daimi komissiyasının 6 iclasında 9 məsələ, “Yerli Sosial və Ekologiya məsələləri” Daimi komissiyasının 5 iclasında 11 məsələ, Hüquq komissiyasınnın keçirilən 4 iclasında, 4 məsələ müzakirə edilib.
Hesabat dövründə bələdiyyə ərazisində yaşayan vətəndaşlardan 103 ərizə, idarə və müəssisələrdən 63 məktub daxil olub. Sakinlərə və idarə müəssisələrinə 527 məktub göndərilib. idarə daxilində 14 ərizə öz həllini tapıb.
Məlumatda daha sonra qeyd edilir ki, hesabat dövrü ərzində bələdiyyə tərəfindən müxtəlif məhkəmələr qarşısında 7 mülki iş üzrə iddia qaldırılıb ki, onlardan 5-i bələdiyyənin xeyrinə həll olunub. iki iş isə vergi ödəyicilərinin bələdiyyəyə olan borcun tələbi ilə əlaqədar hazırda məhkəmədə baxılması davam edir.
Belediyye.info