"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhkəməyə verilən təşkilatlar arasında bələdiyyə də var

--2020-08-16 / 11:04

“Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Yardımlı rayon icra Hakimiyyətini, Yardımlı rayon Astanlı ərazi icra Nümayəndəliyini, Yardımlı rayon Astanlı bələdiyyəsinə Yardımlı Astanlı Həkim Ambulatoriyasını, Yardımlı rayon Astanlı kənd klubunu, Yardımlı rayon Astanlı Poçt şöbəsini məhkəməyə verib.

 Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC qeyd olunan cavabdehlərdən 155.912.610 manat pul vəsaitinin və 150.000 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə şirvan inzibati-iqtisad Məhkəməsinə müraciət edib.

iddiaçı qeyd edib ki, “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti 17 iyun 2003-cü ildə təsis edilib və Dövlət qeydiyyatından keçib.

iddiaçının nümayəndəsinin qeydlərinə görə, 2003-cü ildən Yardımlı rayon icra Hakimiyyətinin göstərişi ilə “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Astanlı ərazi icra Nümayəndəliyi arasında Astanlı ərazi Nümayəndəliyi üçün inzibati idarə binasının tikilməsi ilə bağlı müqavilə bağlanıb.

“Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti layihə və smeta dəyərini müəyyən edərək (smetanın dəyəri 155.912.610 manat), təsdiq edilməsi üçün Yardımlı rayon icra Hakimiyyətinə təqdim edib.

icra başçısı bildirib ki, işlərə başlayın tezliklə tikinti üçün lazım olan vəsaiti, yəni smetada göstərilən məbləği, 155.912,610 manatı  “Araz” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi barədə göstəriş veriləcək, “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti 1 oktyabr 2004-cü il tarixdə binanı layihəyə uyğun olaraq Yardımlı rayon icra Hakimiyyətinə tam təhvil verib.

 Lakin Yardımlı rayon icra Hakimiyyəti smetada müəyyən olunmuş və təsdiq edilmiş pul vəsaitini “Araz” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürməyib.

Yardımlı rayon icra Hakimiyyətinə müraciət etdikdə büdcədə hələ pul olmadığından gözləmələri bildirilib.

“Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin tikilidə Astanlı ərazi icra Nümayəndəliyi, Astanlı bələdiyyəsi, Astanlı Həkim Ambulatoriyası, Astanlı kənd klubu və Astanlı Poçt şöbəsi ilə 1 il müddətinə haqqı ödənilmədən binada yerləşmək və fəaliyyət göstərmək üçün müqavilə bağlanıb.


Bu günə kimi də Astanlı ərazi icra Nümayəndəliyi, Astanlı bələdiyyəsi, Astanlı Həkim Ambulatoriyası, Astanlı kənd klubu və Astanlı Poçt şöbəsi də hal-hazırda tikilidə fəaliyyət göstərir, heç bir icarə haqqı ödəmədən orada yerləşir.

şirvan inzibati-iqtisad Məhkəməsi “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Yardımlı rayon icra Hakimiyyətinə, Yardımlı rayon Astanlı ərazi icra Nümayəndəliyinə, Yardımlı rayon Astanlı bələdiyyəsinə Yardımlı Astanlı Həkim Ambulatoriyasına, Yardımlı rayon Astanlı kənd klubuna, Yardımlı rayon Astanlı Poçt şöbəsinə qarşı iddia ərizəsini təmin etməyib.

Bundan sonra “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verib.

şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında hakm Zeynal Zeynalovun sədrliyi ilə baş tutan iclasda Araz” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rafiq islam oğlu Tağıyevin iddia ərizəsi təmin olunmayıb.

Qeyd edək ki, hazırda Yardımlı icra hakimiyyətinin başçısı Ayaz Nəriman oğlu əsgərovdur.

Fariz Məlikli
Demokrat.az

https://demokrat.az/news/47566

ŞƏRHLƏR