"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mehmanxana rüsumunun həcmini 74 faiz artıra bilmişik-NəSiMi BəLəDiYYəSi HESABAT VERiR

--2019-01-16 / 04:49

Nəsimi bələdiyyəsində 2018-ci il hesabat ilində bələdiyyə işinin daha müasir və operativ şəkildə qurulması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Vergi ödəyiciləri ilə əlaqələrin qurulmasında, maarifləndirmə işinin təşkili və vergi xidmətinin asanlaşdırılması məqsədilə innovativ metodlardan istifadə olunması davam etdirilmişdir. Fəaliyyətimizdə yeni innovasiaların tətbiq olunmasının nəticəsidir ki, 2018-ci ilin yekunlarına görə vergi daxilolmaları ötən il ilə müqayisədə 538561 manatdan 3,6 % artaraq 557982 manat olmuşdur. Bir məqamı da əlavə edim ki, əmlka vergisnin həcmini 2017 ci illə müqayisədə 14 faiz, mehmaxna rüsüunun həcmini isə 74 faiz artıra bilmişik. Dövlət tərəfindən 2018-ci il üçün ayrılmış 60.000 manat dotasiya da nəzərə alınmaqla bələdiyyəyə daxilolmalar ümumilikdə 617.982 manat təşkil etmişdir.

2018-ci il ərzində cəmi 618075 manat vəsait xərclənmişdir. Bu vəsaitin 311.524 manatı əmək haqqı xərclərinə, 19.589 manatı sosial yardımlara -- o cümlədən 1.200 manat II Dünya müharibəsi veteranlarına,4500 manat Qarabağ Müharibəsi əlilləri,Veteranları və şəhid Ailələri ictimai Birliyinə 1300 manat “Sağlam ailə “ ictimai Birliyinə,12589 manat isə əhalinin maddi yardıma ehtiyacı olan təbəqəsinə sərf edilmişdir.

Bələdiyyəyə məxsus xidməti avtomobillərin saxlanması,işçilərin sığortası,ezamiyyə xərcləri,inventarların alınması, iKT avadanlıqlarının alınması,onlayn ödəmə sisteminin yaradılması, kompüterlərə servis xidməti, bank və poçt xidməti və təsərrüfat xərcləri daxil ümumilikdə idarənin saxlanmasına 62274 manat vəsait xərclənmişdir.

2018-ci ildə Nəsimi bələdiyyəsinin ən böyük layihəsi olan,rayonun Cavadxan 62--70 ünvanında salınan “izmit Dostluq Parkı” sakinlərin istifadəsinə verilmişdir.Tikintisinə 2018-ci ilin yanvar ayından başlanılan, sahəsi 4250 kv.m olan parkın 1ci-hissəsinin 10 may 2018-ci ildə Ulu Öndər Heydər əliyevin doğum günündə açılışı olmuşdur.Açılış mərasimində rayon rəhbərliyi,qardaş Türkiyə Cumhuriyyətindən böyük nümayəndə heyəti və Türkiyənin Azərbaycandakı səfiri iştirak etmişdir.Həmin tədbirin keçirilməsi,nümayəndə heyətinin qonaqlama xərcləri üçün yerli büdcədən 10.166 manat vəsait ayrılmışdır.

Parkın 2-ci hissəsinin tikintisi isə sentyabr ayında başa çatdırılmışdır.15 sentyabrda Bakının erməni-bolşevik işğalından azad olunduğu günün ildönümündə baş tutan açılışda rayon icra Hakimiyyətinin təşkilatçılığı və Nəsimi bələdiyyəsinin də iştirakı ilə rayonun geniş ictimaiyyəti ilə görüş keçirilmişdir.

Beləliklə,müasir tələblərə cavab verən,bütün yaş qrupundan olan insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılan,zəruri avadanlıqlarla təchiz olunmuş parkın salınmasına görə 217357 manat vəsait ayrılmışdır

“Abad həyət” layihəsi çərçivəsində rayonun 3-cü mkr. ərazisində Alı Mustafayev 11 ünvanında bələdiyyənin vəsaiti hesabına ümumi dəyəri 11330 manat olan 4 ədəd fitnes idman avadanlığı və 1 dəst uşaq əyləncə qrupu quraşdırılmışdır.

Bələdiyyədə “açıq qapı günləri” ənənəvi şəkildə davam etdirilmişdir. Mütəmadi olaraq məhdudiyyətsiz şəkildə bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun təşkili həyata keçirilir. Bələdiyyəyə müraciət edən və sosial yardımla bağlı köməklik göstərilməsini xahiş edən sakinlərlə ayrılıqda söhbətlər aparılır. Həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hansı əmək fəaliyyəti ilə məşğul olmaları üçün məsləhətlər verilir və eyni zamanda əlilliyi və ciddi xəstəliyi olan şəxslər qeydiyyata alınır və onlara yardımların göstərilməsi həyata keçirilir.

Vətəndaşlarla operativ əlaqələrin qurulması məqsədilə “qaynar xətt” telefon nomrəsi vasitəsilə qaldırılan məsələlər operativ qeydə alınır və sorğular cavablandırılır. Bələdiyyəyə birbaşa iKT resusları üzərindən müraciət pəncərəsi olan Nəsimi bələdiyyəsinin öz saytı (www.nesimibelediyyesi.com) vasitəsilə bələdiyyə ilə əlaqə saxlanılır, elan olunmuş “qaynar xətt” telefon nomrəsi vasitəsilə sakinlərin müxtəlif mövzuda sualları cavablandırılır, əmlak və torpaq vergisinin hesablanması qaydaları, o cümlədən güzəştlərin tətbiq edilməsi ilə bağlı şərtlər haqında izahat işləri aparılır. Vergiödəyicilərini ödənişlərə cəlb etmək istiqamətində maarifləndirmə işləri görülür. Hər gün sakinlərin sədrlə, müavinlərlə və komissiya sədrləri olan digər bələdiyyə üzvləri ilə birbaşa görüşləri təşkil olunur,onların sosial-məişət problemləri ilə bağlı məsələlərin həlli yolları araşdırılır.

2018-ci ildə vətəndaşların müraciətlərinə vaxtlı-vaxtında baxılması və cavablandırılması Nəsimi bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Belə ki, bu müddət ərzində Nəsimi bələdiyyəsinə ümumilikdə 102 müraciət daxil olmuşdur. Mövcud qanunvericilik çərçivəsində müraciətlər vaxtında cavablandırılmışdır.

Bələdiyyənin gördüyü işlər barədə və həyata keçiriləcək digər tədbirlər haqqında məlumatlar www.nesimibelediyyesi.com internet səhifəmizdə vaxtaşırı yenilənir.

Nəsimi Bələdiyyəsi olaraq bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan nöqsanları aradan qaldırmaq üçün var gücümüzü səfərbər edəcək, yerli problemlərin həllində öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

Nazim Qaraxanov

Nəsimi bələdiyyəsinin sədri                                                    

(Yazı Nəsimi bələdiyyəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlərin

HESABATI əsasında hazırlanıb)

 

ŞƏRHLƏR