sorğu
"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya irs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!"
Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban əliyevanın “instagram”dakı akkauntunda qeyd olunub.
Qeyd edək ki, UNESKO-nun Ümumdünya irs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə şəkinin tarixi mərkəzi Dünya irs Siyahısına salınıb.