|
Bakıda 17 gün ərzində keçirilən və dünya idman ictimaiyyətinin diqqətini cəlb edən I Avropa Oyunları iyunun 28-də başa çatdı. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri ilham əliyev. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki. Avropa Oyunlarının atletləri. Xanımlar və cənablar. ilk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmvətənlər! Birinci Avropa Oyunların uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm! Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çox saylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram". Mən mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinə və onun prezident cənab Patrik Hikkiyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin hazırlıq zamanı dəyərli tövsiyələrinə görə əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosa təşəkkürümü bildirmək istəyirəm". Mehriban xanım əliyeva qeyd edib ki, Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı: "Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin Sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik. Gələn il Bakıda 42-ci şahmat Olimpiadası və “Formula-1” Avropa Qran-Pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü islam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının matçları şəhərimizdə təşkil olunacaq. Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. Atletlər, sağ olun! Dostlar, sağ olun! Azərbaycan, sağ ol!" Birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban əliyevanın nitqi hərarətli alqışlarla qarşılanıb. |