Binəqədi Rayon icra Hakimiyyəti Aparatında “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” adlı məlumat saatı keçirilib. Bu barədə məlumatı icra hakimiyyətindən verilib.
Məlumat saatında Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinin Prezident Kitabxanasının Prezident-Dövlət idarəçiliyi və Ölkəşunaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon Təşkilatının fəal üzvləri iştirak ediblər.
Məlumat saatında çıxış edən Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov proqram haqqında geniş məlumat verib.
Daha sonra “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” adlı mövzu ətrafında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzə ilə çıxış edib. Natiq çıxışında qeyd edib ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən hadisə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biridir.
Məruzədən sonra məlumat saatı diskusiyya şəkilində davam etdirilib
Belediyye.info
|
|
|