5 il əvvəl Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirdiyi “Müasir Azərbaycan-20” adlı müsabiqəyə “Mənim yaşıdım” adlı yazı ilə qatılmışdım.
Qaliblər sırasında olduğumu bu gün də iftixar hissi ilə xatırlayıram. 5 il sonra həmin yazıya bir daha nəzər saldım, aradan keçən illərdə ölkəmizin uğurları o qədər böyük ki...
Həmin yazını böyük fəxrlə yenidən oxucularla paylaşıram...
Mən Azərbaycanın müstəqilliyinin yaşıdıyam! şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə bütün ömrüm boyu qürur duyacağım bir kəlmə yazılıb: “AZəRBAYCAN RESPUBLiKASI”. Bunu Tanrının mənim və yaşıdlarımın, eləcə də bizdən sonra doğulan həmvətənlərimin taleyinə yazdığı ən böyük xoşbəxtlik hesab edirəm. Çünki bizim nəsil MÜSTəQiL AZəRBAYCANın bağrından yetişib! Biz başımızın üstündə heç bir imperiyanın ağalığını görməmişik!..
Mənim Vətənim Azərbaycandır! O Azərbaycan ki, 70 illik əsarətdən sonra 25 ildir tam müstəqil ölkədir, azaddır, öz dili var, öz Konstitusiyası, öz qanunları var, dünyada söz sahibidir, qüdrətli Orduya sahibdir. 10 milyona yaxın əhalisi var, həm də dünyada yaşayan 55 milyona yaxın azərbaycanlının Vətənidir...
“Müstəqil Azərbaycan” çox gəncdir. Amma “bu gənc” 25 yaşında çox böyük uğurlara imza atıb. Statistik rəqəmləri sadalamayacağam. əvvəla, millətin, xalqın taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün sahələrdə elə böyük nailiyyətlər qazanılıb ki, onları qalın-qalın kitablara sığışdırmaq mümkün deyil. Hətta tezislər üçün belə kitablar bəs etməz! ikincisi, məncə, quru statistika bu tərəqqini göstərməkdə çox acizdir. Amma düşünürəm ki, öz sözümü deyə biləcəyəm. Çünki mən “YAşIDIM” haqqında danışıram. Çünki biz bərabər “böyümüşük”. Müstəqil Azərbaycan gözlərimin önündə sürətlə dəyişib və yeniləşib, YENIDəN QURULUB!..
25 illik müstəqil inkişaf yolunun ən parlaq göstəricisi, həm də odur ki, bu gün Azərbaycan, təkcə siyasi-iqtisadi cəhətdən qüdrətli dövlət deyil, nefti, qazı ilə məşhur deyil, həm də azsaylı kosmik ölkələr sırasındadır, elmi, təhsili, qədim və zəngin mədəniyyəti, milli dəyərləri, mənəvi, mədəni sərvətləri, tolerantlığı, multikultural dəyərləri, insanlarının istedadı və intellektual imkanları ilə də dünyanın diqqətindədir! Hətta demokratiya tarixi daha qədim olan ölkələr də 25 ildə qazanılan uğurlara həsədlə baxa bilər... Və dünya artıq Azərbaycanın nailiyyətlərini, böyük nüfuzunu etiraf edir.
Azərbaycan bu gün hər birimizin qürur mənbəyidir!..
****
Mən Azərbaycanı çox sevirəm! Yazımı Azərbaycan sevgisi və müstəqilliyimizin banisi ULU ÖNDəR HEYDəR əLiYEVin adı ilə başlayıram...
O da Azərbaycanı çox sevirdi! “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyə bu sevgi ilə onu dünyanın ən inkişaf edən ölkələri sırasına çıxardı. Müstəqilliyin ilk illərinin ağırlıqlarını mətinlik və müdrikliklə dəf etdi, istiqlalımızı möhkəmləndirdi. iqtisadiyyatımızı dirçəltdi, Ordu yaratdı, mədəniyyətimizi zənginləşdirdi, Ana dilimizi qorudu, xalqımızın milli-mənəvi, dini dəyərlərinə qayıdışın təməlini qoydu, zəkası ilə bütöv bir milləti, bir xalqı işıqlığa çıxardı, ona şərəf gətirdi, onu dünyaya tanıtdı! Azərbaycanın bugünkü sürətli inkişafı, gələcək uğurları üçün etibarlı təməl, bünövrə yaratdı!..
Biz müəyyən bir auditoriyada nəyi isə müzakirə edəndə, hansısa tədbirin planlarını cızanda hərə bir fikir söyləyir, hərə bir ideya irəli sürür. Müzakirə edib, ən optimal variantı seçir,
onun üstündə dayanır, nəticədə əməli işə keçirik. Həmin anlarda bir daha hiss edirəm ki, hər şey ideyalardan başlayır, ideyalardan yaranır. Belə bir fikir var: “ideyalar bütün dünyada toplardan da bərk guruldayır, fikirlər ordulardan da qüdrətlidir, prinsiplər süvari qoşunlardan daha çox qələbə çalır.” Bu fikri bütünlüklə Ulu Öndərimizə aid etmək olar. O, uzaqgörən ideyaları, daşdan keçən fikirləri, prinsipial qərarları ilə qüdrətli ordudan da güclü idi. Və bütün bacarığını yorulmadan ölkəmizin çiçəklənməsinə sərf etdi! Onu etibarlı əllərə tapşırdı! Bu etibarlı əllər isə Azərbaycana bugünkü qüdrət və əzəməti bəxş etdi!..
Fəxri Xiyabana tez-tez gedirik – Ona Azərbaycan naminə tarixi xidmətlərinə görə minnətdarlıq borcumuzu ifadə etmək üçün. Sanki Ulu Öndərin daşlaşmış, gülümsər çöhrəsinə Azərbaycanın bu gününün məmnunluğu hopub. Adama elə gəlir ki, onun ruhu da o uca zirvədən canı qədər sevdiyi Azərbaycana və xalqına dua edir!..
Onun siyasi varisi də Azərbaycanı çox sevir. Ölkəmizin bugünkü uğurlarının müəllifi də, məhz odur – Ümummilli Liderimizin Azərbaycanın sivilizasiyalı və çiçəklənən ölkə olacağına bəslədiyi sonsuz inamı gerçəyə çevirən PREZiDENT iLHAM əLiYEV!
Azərbaycan, onun paytaxtı, bölgələri hətta saatbasaat dəyişir. Bakıda gözümüzün önündə bir-birinin ardınca nəhəng yollar, park və xiyabanlar salınır, çoxmərtəbəli yaşayış binaları, əsrarəngiz körpülər tikilir, yeni metro stansiyaları, təhsil, səhiyyə, mədəniyyət ocaqları istifadəyə verilir. Paytaxtımız əsaslı yenidənqurma və mədəni islahatlar nəticəsində indi dünyanın ən sehirli, möcüzəli şəhərlərindən birinə, regionun mədəni paytaxtına çevrilib. Hər birimiz Bakının küçələrindən qürurla keçirik. Hansı tərəfə dönsən, hansı sahəyə baxsan, orada hərəkət görərsən. Hərəkət isə irəliyə doğru addım deməkdir! Elə bir gün yoxdur ki, Bakıda, yaxud bölgələrimizdə hansısa yeni müasir obyektin açılışı olmasın! MÜSTəQiL ÖLKəMiZin rəhbəri hər bir yeni layihənin təməl daşını özü qoyur, açılışını da özü edir! inanmıram, kimsə bundan fəxarət hissi keçirməsin!..
****
...Müxtəlif tədbirlərlə bağlı bölgələrə, ucqar kəndlərə səfərlərimiz zamanı gördüyümüz inkişaf, yenilik, müasirlik sevincimi birə-beş artırır. şəki, Oğuz, Qəbələ, Quba, şamaxı... Bu yerlərin gözəlliyi və son zamanlar bu gözəlliyə əlavə olunan çalarlar, yeni ab-hava, sosial-iqtisadi inkişaf, quruculuq və abadlıq, insanların xoş əhvali-ruhiyyəsi iftixar hissimi daha da artırır. Saf bulaqlar, qalın, sıx meşələr, bol məhsullu bağlar Allahın torpağımıza bəxş etdiyi nemətdirsə, burada insanların rahatlığı üçün yaradılan şərait, yeni təhsil və səhiyyə ocaqları, idman kompleksləri, bir-birindən gözəl istirahət mərkəzləri insan əlinin sığalının məhsuludur. Dövlətimizin bölgələrə qayğısı bu yerlərin cazibəsini daha da artırıb...
Cənub bölgəsinə – Lənkəran, Astara, Masallı, Lerikə... səfərlərimiz, sanki şimaldakı təəssüratlarımızı tamamlayır, burada da eyni mənzərə ilə üzbəüz qalırıq. Təbiət gözəldir. insan əlinin yaratdıqları ondan da gözəldir! Ölkəmizi hər addımda bürüyən quruculuq işləri isə hər şeydən əvvəl insanların rifahına, əmin-amanlığına xidmət edir. Burada da hər kəs gülərüz, mehribandır. Möhtərəm Prezidentimiz ilham əliyevin bir fiki yadıma düşür: "10-15 ildən sonra bizim xalqımız daha yaxşı yaşayacaq. Amma mən istəyirəm ki, biz elə indidən yaxşı yaşayaq, istəyirəm ki, ölkənin hər bir vətəndaşı bizim islahatların bəhrəsini uzaq gələcəkdə yox, elə bu gün görsün." Dövlət başçımızın bu arzusu insanların öz dövləti ilə fəxarət hissini daha da artırır...
Bakı ilə yanaşı, Oğuz, Qəbələ, Quba, Lənkəranda... əcnəbi turistləri görmək qəlbimizə bir ayrı qürur gətirir...
Bakıdan bölgələrə uzanan yolların abadlığı, rahatlığı ürəyimi dağa döndərir. Bu, təkcə paytaxtla bölgələr arasındakı məsafəni qısaltmır, şəhərlə əyalət arasındakı fərqi də sürətlə azaldır, regionların mədəni ab-havasını dəyişdirir. Təsəvvür edirsinizmi, mən Yevlaxda paytaxt Bakıdakı kimi müasir teatr binasında tamaşaya baxmışam! Quba Olimpiya idman Kompleksində voleybol üzrə qızlar arasında beynəlxalq turniri izləmişəm!.. Qəbələdə, şahdağda... dünyanın çox ölkəsinin sahib olmadığı müasir istirahət mərkəzlərini, idman komplekslərini görmüşəm...
...Doğma Qarabağa getmək arzusu da heç vaxt qəlbimi tərk etmir. Mən Qarabağda – Ağdamda heç nəyi xatırlamayacaq dərəcədə körpə vaxtlarımda olmuşam. Babamın və
valideynlərimin söhbətlərindən o yerlərin xəyali obrazı gözümün önündədir. Bircə onu düşünürəm ki, əgər Qarabağ işğal olunmasaydı, dövlətimizin qayğısı o yerlərin gözəlliyini də birə-beş artırmışdı. Amma ona da inanıram ki, həmin gün gələcək! Prezidentimizin müdrikliyi doğma yurd yerlərimizi bizə qaytaracaq! Və həmin yerlərin yenidən qurulmasında biz gənclər də böyük ürəklə iştirak edəcəyik! Başqa cür ola da bilməz!..
Prezidentimizin Azərbaycan gəncliyinə diqqət və qayğısından saatlarla danışmaq olar! Bizim borcumuz bu qayğıya elə bu qayğıya layiq də cavab verməkdir! Bu Vətənin və onu abad edən dövlətimizin, onun müdrik rəhbərinin qədrini bilməliyik. Bütün informasiya proqramlarını izləyirəm. Fəxr edirəm ki, Prezidentimiz dünyanın böyük nüfuz və inam qazanan siyasi liderlərindən biridir. Ona da sevinirəm ki, Dövlətimizin başçısının beynəlxalq aləmdəki nüfuzu düşmənlərimizi qorxuya salır!..
Müstəqil Azərbaycanın rəhbəri barədə Onun əməlləri danışır. Təbii ki, ölkə başçısının sadə bir gəncin, ümumiyyətlə, heç kimin tərifinə ehtiyacı yoxdur. Ona görə gördüklərimdən danışıram ki, böyüklər biz gənclərin düşüncələri ilə tanış olsunlar. Ölkəmizdə minlərlə gənc lider yetişib. Biz gənclər Prezidentimizin əzmli və sədaqətli əsgərləriyik...
Hər bir ölkənin, hər bir xalqın taleyində olduğu kimi, hər bir fərdin taleyində də böyük əhəmiyyət kəsb edən məqamlar olur. Xoşbəxtəm ki, 24 oktyabr 2008-ci ildə ilk dəfə seçki hüququ qazandım, vətəndaşlıq borcumu yerinə yetirdim. Ölkəmizdə ilk dəfə Prezident seçmək şərəfinə nail oldum. ilham Heydər oğlu əliyevə səs verdim! ilham əliyevi seçən 3 232 259 səsin biri mənim oldu. Və 2013-cü ildə yenidən prezident seçkilərində iştirak edərək yenidən cənab ilham əliyevə səs verdim. Azərbaycanımızın sabahına səs verdim! Mən öz sabahımıza səs verdim!..
Yeri gəlmişkən. Tale məni iki dəfə möhtərəm Prezidentimizlə qarşılaşdırıb. 2008-ci ildə ilk dərs günündə Dövlətimizin başçısı və Heydər əliyev Fondunun Prezidenti Mehriban əliyeva Bakı Dövlət Universitetinə gəldilər. Universitetin yeni tədris korpusunu açan Prezident bizim qarşımızda çıxış etdi. Unudulmaz bir gün idi. Bu, mənimçün, həm də Dövlət başçımızla ilk görüş idi. Az sonra tale məni ikinci dəfə Dövlət başçımızla qarşılaşdırdı. Universitetdən çıxıb, metronun “Elmlər Akademiyası” stansiyasına enirdim. Həmin gün paytaxtımızda yeni metro stansiyasının – “Nəsimi” stansiyasının açılışı olmuşdu. Qəflətən digər eskalatorda ölkəmizin rəhbərini – Prezident ilham əliyevi gördüm. ilk anda çaşsam da, özümü ələ alıb Ona qürurla salam verdim. Adəti üzrə gülümsər çöhrəsi ilə mənim və ətrafdakıların salamını aldı. Bunu da xatırlatmaqda məqsədim var. Çox arzu edirəm ki, Prezidentimizlə üçüncü görüşüm Qarabağda olsun – ulu babalarımın, ata-anamın doğma yurdu olan Qarabağda!..
Heydər əliyev arzulayırdı: heç kim deməsin ki, Azərbaycan kiçik dövlətdir. Böyük öndərin arzusu gerçəyə çevrilir. indi ölkəmizin hər yerində dostlarımıza, əcnəbi qonaqlarımıza göstərib öyünüləsi çox şey var!..
Bu yaxınlarda Gürcüstandan, Türkiyədən gələn dostlarımı şəhərimizdə çox yerə qürurla apardım! Xəzərin sahili, Dənizkənarı Milli Park, Heydər əliyev Mərkəzinin unikal binası onları heyran etmişdi! Qonaqlarımı Beynəlxalq Muğam Mərkəzində muğam konsertinə dəvət etdim, fəxrlə dedim ki, muğamımız bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib! Azərbaycanın Birinci xanımı, hamımızın sevimlisi Mehriban xanım əliyevanın səyləri nəticəsində artıq Azərbaycan xalçası, aşıq-ozan sənətimiz, tarımız, tar ifaçılığı sənətimiz, Novruz bayramımız da bəşər mədəniyyətinin inciləri sırasında dayanır!..
”Avroviziya-2012”-də Azərbaycanın qələbəsindən də danışdıq. Dostlarıma ”Avroviziya-2012”-nin keçirildiyi “Baku Crystal Hall”ı da fəxrlə göstərdim... Onları DÖVLəT BAYRAÄžI MEYDANInda da qürurla gəzdirdim. Dedim ki, Dövlət Bayrağı meydanı müstəqilliyimizin rəmzi, qürur və iftixar mənbəyimiz olan üçrəngli bayrağımıza qoyulan abidədir. indi bu bayraq dünyanın ən hündür bayraq dirəyinin üstündə dalğalanır. Bu bayrağın qarşısında xalqımızın Ümummilli lideri Heydər əliyev baş əyib! Bu bayrağın önündə Azərbaycanın bugünkü uğurlarının memarı, Prezident ilham əliyev and içib!..
Bir arzumu – tezliklə bu bayrağın altından keçib Qarabağa getmək arzumu da dostlarıma söylədim! Müstəqil Azərbaycanın ən şərəfli QəLəBəsini Azərbaycana gətirmək üçün! Silahlı
Qüvvələr günündə Azərbaycan Ordusunun Azadlıq meydanındakı möhtəşəm paradını iftixarla seyr etmişdim! Həmin meydanda QəLəBə paradını izləyəcəyimiz günü hamımız səbirsizliklə gözləmirikmi?..
2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunlarından, 2016-cı ildə Bakının ev sahibliyi etdiyi, müstəqillik tarixinin qitə əhəmiyyətli ən mötəbər idman yarışından – “Formula-1” Avropa Qran-prisindən də qürurla söhbət açdım. ilk Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı 21 qızıl, 15 gümüş, 20 bürünc medalı fərəhlə xatırlatdım. 68 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər kəndi, Su idman Sarayı, Avropa Oyunları parkı, Velopark, tarixin ilk Avropa Oyunlarının məşəlinin od götürdüyü Atəşgah məbədi... – hamısını bir-bir dostlarıma göstərdim. Hər dəfə də bu əzəmətli görüntülərin önündə sevincimi gizlədə bilmədim, bunların mənim xalqıma mənsub olması, məhz mənim ölkəmdə, mənim şəhərimdə olması ilə öyündüm!..
Dostlarıma xalqımızın milli-mənəvi dəyərlərindən, tolerantlığından, multikultural dəyərlərə verdiyi önəmdən də danışdım. Prezidentimizin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsini, paytaxtımız Bakının bu gün, həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsini qürurla söylədim...
...Bir mühüm hadisəni də mütləq qeyd etmək istəyirəm. Müstəqillik dayaqlarının daha da möhkəmləndirilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-da ölkəmizdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklikləri nəzərdə tutan Referendumun keçirilməsini. insan hüquq və azadlıqlarının daha da yaxşılaşdırılmasına xidmət etməsi referendumun əhəmiyyətini artıran ən mühüm amildir. Referendumun demokratik qaydalara uyğun keçirilməsi, Azərbaycan vətəndaşlarının irəli sürülən dəyişikliklərə müsbət cavab verməsi, beynəlxalq müşahidəçilərin də bu faktı təsdiq etməsi iqtidar-xalq birliyindən xəbər verir. Bu birlik isə gələcək daha böyük uğurların nişanəsidir...
...Fəxr etdiyim “YAşIDIM” – “MÜSTəQiL AZəRBAYCAN” haqqında isə bir məqaləyə ancaq bunları sığışdıra bildim. Deyəcəklərim isə o qədər çoxdur ki!..
...Hamımızın bir Vətəni var: MÜSTəQiL AZəRBAYCAN! Onu dünyanın ən gözəl ölkəsi kimi görmək istəyirik. Amma yaxşı başa düşürük ki, bu gün dünya bir bilik, savad, intellekt yarışıdır. Bu yarışdan geri qalmaq olmaz. əksinə, bu yarışda digər millətlərdən, xalqlardan daha öndə getməli, Azərbaycanın daha şərəfli səhifələrini yazmalıyıq. Elə etməliyik ki, hər kəsi MÜSTəQiL AZəRBAYCAN naminə səfərbər edən “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deməyə haqqımız çatsın!..
Sitarə CABBARLI
YAP Gənclər Birliyinin şura üzvü