Bununla bağlı Azərbaycan Respublikası NazirlÓ™r Kabinetinin Qərarını oxucuların diqqətinə çatdırırıq
Mövcud qayda dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahələrinə, o cümlədən mənzil və müstəqil evlərə aid edilir. Başqa sözlə bu ödəniş, mülkiyyət hüquqlarından, məsələn, mənzilin özəlləşdirilib və ya özəlləşdirilməməsindən asılı olmayaraq, yaşayış sahəsindən istifadəyə görə edilir.
***
Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında
AZəRBAYCAN RESPUBLiKASI NAZiRLÓ˜R KABiNETiNiN QəRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.
3. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq:
a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilir.
b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.
4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.
5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd olunan kommunal xidməti tarifləri təsdiq edilsin.
6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən edilsin.
7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.
8. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının 30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş hesab edilsin.
9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə
Bakı şəhəri, 10 mart 2000-ci il
***
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına
1 NÖMRÓ˜Li əlavə
Mənzil (ev) xidməti tarifləri
Ölçü vahidi
Tarif, manatla (əDV nəzərə alınmaqla)
1. Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı):
1.1 Tam kommunal təminatlı mənzillər üzrə
1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 0.02 qəpik
1.2. Qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər üzrə
1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 0,01 qəpik
2. Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 0.015 qəpik
***
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına
2 NÖMRÓ˜Li əlavə
əhali üçün kommunal xidməti tarifləri [1]
Kommunal xidmətin növü
Ölçü vahidi Tarif, manatla (əDV nəzərə alınmaqla)
Layihələrlə qaz təchizatı nəzərdə tutulmamış hündür mərtəbəli binaların sakinləri üçün elektrik enerjisindən istifadəyə görə
1 kvt.saat əhali üçün müəyyən olunmuş tarifin 50 faizi məbləğində
Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 1 ayda 0.14
Yaşayış binalarında liftdən istifadəyə görə adambaşına 1 ayda 20 qəpik
Məhəllədaxili fərdi qarajlar üzrə 1 kv.metr ümumi sahə üçün 1 ayda 01 qəpik
Mənbə: http://www.taxes.gov.az/modul.php?name=qanun&news=756