23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkilərindən sonra yeni seçilmiş 13 nəfər bələdiyyə üzvü 30 yanvar 2015-ci il tarixindən öz səlahiyyətlərinin icrasına başlayıb. Bələdiyyə üzvlərinin səlahiyyətləri təsdiq olunduqdan sonra bələdiyyə üzvlərinin 25 fevral 2015-ci il tarixli, 03 saylı iclasmda 3 daimi Komissiya Yerli Sosial məsələlər üzrə Komissiya, Yerli iqtisadi inkişaf məsələləri daimi Komissiyası və Yeıii Ekologiya məsələləri daimi Komissiyası yaradılıb.
2015-ci ildə Zirə bələdiyyəsinin büdcəsinə 54.307 manat vəsait daxil olub. əldə olunan büdcə daxilolmalarının 30.493 manatı torpaq vergisindən, 13.223 manatı əmlak vergisindən, 7.740 manatmı isə icarə haqqından daxil olan vəsaitlər təşkil edib.
Hesabat dövründə daxil olan vəsait bələdiyyə qulluqçularının əmək haqqına 24.482 manat, təsərrüfat xərclərinə 740 manat, Dövlət Sosial Müdafiə Fonduna 5773 manat, abadlıq işlərinə 9000 manat, o cümlədən 300 kub.m karyer qumunun alınmasma 1500 manat, qəsəbədə yeni qəbiristanlığın hasarlanması üçün 14.000 ədəd mişar daşının alınmasma 4500 manat, qəsəbənin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1500 ədəd şam ağacının alınmasma 3000 manat, qəsəbənin aztəminatlı ailələrinə verilən maddi yardıma 5400 manat, bələdiyyə üzvləri və qullquçularına maddi yardıma 1300 manat, kommunal, rabitə xidmətlərinə 882 manat və digər xərclərə isə 6.880 manat istifadə olunub
Hesabat ili ərzində Zirə qəsəbənin giriş hissəsindən başlayaraq qəsəbənin cənub hissəsinə qədər olan magistral yolun və qəsəbədaxili yolların kənarında əkilmiş ağaclar alaq otlarından vaxtı-vaxtında təmizlənmış və su maşını ilə suvarılmışdır. Bələdiyyə tərəfındən mütəmadi olaraq ağaclarm qulluq olunmasma nəzarət olunub. Hər həftənin şənbə günü iməcilik keçirilib.
Yol kənaıiarına atılmış tullantılar, o cümlədən dəmiryolu ətrafındakı ərazidən və qəsəbənin daxilindən fərdi sakinlərin qapısından məişət tullantıları bələdiyyə tərəfmdən təyin olunmuş maşın və işçi qüvvəsi ilə mütəmadi olaraq yığılmış Təmiz şəhər ASC-yə təhvil verilib.
Həmçinin qəsəbədaxili yollar mütəmadi olaraq təmizlənmiş və həmin yolların təmiz saxlanılmasına nəzarət edilmişdir. Qəsəbədən bağlara gedən yol və “Dəmir vol” küçəsi tərəfimizdən təmir olunmuşdur.
Milli bayramımız olan “Novruz bayramı” qəsəbədə yüksək səviyyədə keçirilmişdir. Bayram şənliyində Xəzər rayon icra Hakimiyyəti Başçısı, müavinləri, qonşu qəsəbələrdən qonaqlar, xanəndələr, artistlər, kəndirbazlar və 300 nəfərdən çox qəsəbə sakini iştirak etmişdir.
Zirə qəsəbəsində yaşayan 1941 -1945-ci illər Böyük Vətən Müharibə veteranı Haşımov Hüseyn Hacıbala oğlunun 95 illik yubileyi ilə əlaqədar Zirə Mədəniyyət evində Zirə bələdiyyəsi tərəfindən 28.07.2015-ci il tarixdə tədbir keçirilmişdir. Tədbirdə şirniyyat süfrəsi təşkil olunmuşdıır. Bundan başqa Haşımov Hüseyn Hacıbala oğluna xatirə hədiyyəsi təqdim olunmıışdıır.
Qurban bayramı münasibətilə Qurban bayramı gıinlərində ümumilikdə 40 nəfər olmaqla Böyük Vətən ınüharibəsi və Qarabağ müharibəsi əlillərinə, gözdən əlillərə, şəhid ailələrinə və aztəminath ailəiərə Zirə bələdiyyə üzvlərinin hesabma ərzaq yardımı verilmişdir.
Zirə bələdiyyəsinə daxil olmuş ərizə və məktublara vaxtında baxılmış və onlar vaxtmda cavablandırılmışdır.
Hesabat ili ərzində Zirə bələdiyyəsi tərəfmdən 16 nəfər qəsəbə sakininin hər birinə birdəfəlik maddi yardım olunmuşdur. 11 nəfər qəsəbə sakininə isə hər ay qaz pulu və işıq pulu köçürülməsində maddi köməklik olunmuşdur.
Zirə bələdiyyəsinə 2015-ci il ərzində 205 məktub, 30 ərizə daxil olmuş və 249 məktub göndərilmişdir. Qəsəbə sakinlərinə 264 arayış verilmiş, 58 şifahi müraciət qəbul edilmişdir.il ərzində 42 əmr verilmişdir.
2016-cı il üçiın Zirə bələdiyyəsinin büdcə proqnozu, iş pianı və tədbiriər planı bələdiyyənin 21 dekabr 2015-ci il tarixli, 15 saylı iclasmda təsdiq edilmişdir.
Zirə bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, qəsəbənin daha da gözəlləşməsi, abadlaşması üçün daha mütəşəkkil işləməyi öz öhdəsinə götürərək onun icrasını layiqincə həyata keçirilməsini öz qarşısına məqsəd olaraq qoymuşdur.
Famil Məlikov
Xəzər rayonu Zirə bələdiyyəsinin sədri