Xocəsən bələdiyyəsi 2003-cü ildən fəaliyyətə başlayıb. Hazırda bələdiyyə öz inzibati binasında yerləşir. Xocəsən bələdiyyəsinin ərazisi 5 inzibati ərazi vahidini Sulu-təpə, Xocəsən, 28 May qəsəbələri , Motodrom və Çiçək yaşayış massivini əhatə edir.
Bələdiyyənin inzibari ərazisi 18 km2, əhalisi 21800 nəfərdən artıq, qeyri-rəsmi məlumata əsasən 50 000 nəfərə yaxındır. Bələdiyyə ərazisində Beynəlxalq Avtovağzal, 1 Universitet, Atıcılıq idman Kompleksi, Dağüstü Veloparkı, 4 məktəb, 2 baxça, 2 tibb məntəqəsi, kitabxana, klub, poçt, 4 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr yerləşir.
Qeyd etmək lazımdır ki, Xocəsən Bələdiyyəsində Məhəllə Komitələri və Ağsaqqallar şurası yaradılıb. Ağsaqqallar şurası və məhəllə komitələrinin üzvləri mütəmadi olaraq sakinlərlə görüşlər keçirir və mövcud problemlərlə maraqlanırlar. Ağsaqqallar şurasının görüşlərinin keçirilməsi və sakinlərin istirahəti üçün xüsusi olaraq məkan yaradılıb.
Hər bir sakin probleminin həlliylə bağlı ilk olaraq bələdiyyəmizə müraciət edir. Bələdiyyəyə 6 ay ərzində 640 müraciət daxil olub. Daxil olan bütün müraciətlərə baxılaraq mümkün köməklik göstərilib. Mütəmadi olaraq Xocəsən bələdiyyəsi sakinlərlə səyyar görüşlər keçirir. Görüşlərdə mövcud problemlərlə yerindəcə tanış olunur. Keçirdiyimiz səyyar görüşlərdə inzibati ərazidə yerləşən xidmət sahələrinin iştirakı təmin edilərək qaldırılan məsələlər protokollaşdırılarır və öz səlahiyyətimiz daxilində həll edilməsi təmin edilir.Həll edilməsi imkanımız xaricində olan məsələlər barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılır.
Aztəminatlı ailələrə maddi yardımların göstərilməsi bələdiyyəmizin əsas fəaliyyət istiqamətlərindir. Belə ki, Ramazan ayında oruc tutan sakinlər üçün iftar süfrəsi təşkil edilib. Mübarək Ramazan bayramı münasibətilə ərazidə yaşayan aztəminatlı ailələrlə görüş keçirilərək onlara maddi yardımlar göstərilib.
Bu il ölkəmizin həyatında baş verən ən yadda qalan, mötəbər hadisə olan I Avropa Oyunları ərəfəsində idman yarışlarına olan marağı artırmaq məqsədilə gənclərlə bələdiyyədə görüşlər təşkil edilərək onlara ətraflı şəkildə ilk Avropa Oyunları barədə məlumatlar verilib.
Bələdiyyənin inzibati ərazisində hər gün mütəmadi olaraq təmizlik, abadlıq işləri aparılır və sakinlər üçün müasir taksi dayanacağı tikilərək onların istifadəsinə verilmişdir.
Məlumat üçün bildiririk ki, Xocəsən bələdiyyəsi ərazisində yerləşən Sulutəpə, Xocəsən, 28 May qəsəbələrində və Motodrom, Çiçək yaşayış massivlərində yaşayan əhali tərəfindən atılan bərk məişət tullantıları hər gün 4-5 reys olmaqla poliqona daşıyaraq zərərsizləşdirilir.
242 ədəd müasir tipli məişət tullantılarının yığılması ucun konteynerler, 6 yerdə məişət tullantılarının müvəqqəti toplanması meydançaları tikilib. ərzaimizdən gündəlik 180 kub.m. məişət tullantıları daşınır.
Gördüyümüz tədbirlər nəticəsində 2015-ci il ərzində Sulutəpə,Motodrom və 28 May qəsəbəsində məişət tullantıları üçün bunker və meydança tikilərək ətrafı abadlaşdırılıb. Tərəfimizdən xüsusi texnika cəlb edilməklə uzun müddətli yığılıb qalmış ümumilikdə 2000 kub metr sənaye və 54000.00 kub metr bərk məişət tullantılar yığılaraq poliqona daşınıb.
Ötən altı ay ərzində məhəllədaxili yollar əsaslı təmir edilərək asfalt örtüyü çəkilmiş, o cümlədən bir cox yollara çınqıl qarışığı tökülərək yayılıb. Yollar və küçə işıqları ilə işıqlandırılmasını bu müddət ərzində həyata keçirilib.
Diqqətinizə bir məsələnidə çatdırmaq istərdim ki, uzun illər sakinlərin haqlı narazılığına səbəb olan məsələlərdən biridə Dəyirman yoludur. Sakinlərin böyük əksəriyyətinin istifadə etdiyi bu yol da təmir olunaraq sakinlərin istifadəsinə verilməsini bələdiyyyəmiz uğurla həyata keçirib. Bundan əlavə 313 saylı orta məktəbə gedən yolun 550 m hissəsinə də asfalt örtük vurulub.
2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı çərçivəsində işlər davam etdirilməkdədir. "Dövlət proqramları" çərçivəsində bələdiyyə ərazisində 13857 p/m qaz xətləri dəyişdirilmiş, 1270 m kanalizasiya xətti və ümumi sahəsi 21850 m2 olan asfalt örtüyü yenilənməsi həyata keçirilib.
Bakı-şamaxı yolunun sol tərəfində abadlıq və yaşıllaşma işləri görülub. Həmin ərazidə 1530 m2 hasar müasir üzlüklərlə üzlənmiş, 1248 m2 hörgü işləri görülmüşdür. 15570 m2 yaşıllıq və dekorativ işlər həyata keçirilmiş, bu da bələdiyyə ərazisinin estetik görünüşün daha da zövqlü olmasına xidmət edir.
Bu gün ölkəmizdəki vəziyyət sübut edir ki, bələdiyyələr ölkənin tərəqqisində və demokratiyanın inkişafında mühüm yer tutur. Bu tərəqqi bilavasitə, Respublikamızın prizidenti Cənab ilham əliyevin uğurlu siyasətinin nəticəsidir.
Qısa zaman kəsiyində bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldırılacağına və bu ərazidə yaşayan sakinlərin rahat və problemsiz həyat tərzi sürmələri üçün öz vəzifəmizi layiqincə yerinə yetirməklə bu tərəqqini davam etdirməyə çalışacağıq.
Anar ABBASOV
Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri