"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz sakinlərin problemlərinin həllinə nail olmaqdır

--2017-01-13 / 19:22

Azərbaycan demokratik inkişaf yolu seçmiş bir dövlətdir. Möhtərəm Prezidentimiz ilham əliyev cənablarının məqsədəyönlü, hərtərəfli fəaliyyəti nəticəsində dövlətimiz iqdisadi cəhətdən möhkəmlənməkdə, əhalinin sosial-iqdisadi vəziyyəti yaxşılaşmaqda, beynəlxalq aləmdə ölkəmizə olan etimad durmadan artmaqdadır. Bu müddət ərzində ölkədə həyata keçirilən sosial məsələlərin həlli istiqamətində bələdiyyələrin də fəaliyyəti danılmazdır.

əvvəlki illərdən fərqli olaraq bələdiyyələrin təcrübə və inkişafının artması göz qabağındadır. Bələdiyyələr getdikcə formalaşaraq öz imkanlarını genişləndirirlər. Təbii ki, bu sahədə əldə edilən uğurlar dövlətimizin və cənab Prezidentimizin, rayonumuzun Başçısının bilavasitə qayğısı və diqqəti sayəsindədir.

Sabunçu rayonununda fəaliyyət göstərən bələdiyyələr kimi Ramana bələdiyyəsi də öz fəaliyyətini əsasən abadlıq, təmizlik və təmir işlərinə, ərazidə yaşayan əhalinin aztəminatlı təbəqələrinə-müharibə əlillərinə və şəhid ailələrinə, tənha və kimsəsizlərə yardımlar etməyə, məcburi köçkün ailələrinə bayram sovqatı paylamağa köməklik göstərməyə yönəltmiş, icra hakimiyyəti ilə birgə müxtəlif tədbirlərdə iştirak etmişdir. əhali qarşısında vaxtaşırı hesabatlar vermək, onların xahişi və təkliflərini dinləyib köməklik göstərmək bələdiyyələrin vəzifələrindən biridir. Bu işlərin görülməsində, onların həllində rayon icra Hakimiyyətinin xüsusi rolunu və dəstəyini qeyd etmək lazımdır.

Qeyd etmək istərdim ki, bələdiyyənin əsas gəlirini fiziki şəxslərdən toplanan torpaq və əmlak vergisi təşkil edir. Hər il Dövlətimiz tərəfindən bələdiyyələrə dotasiya ayrılır.

 il ərzində idarə işçilərinə bütövlükdə əmək haqqı ödənilmiş, telefon haqqı, idarə enerji haqqı, yanacaq xərci ödənilmişdir. YAP Sabunçu rayon təşkilatına üzvlük haqqı, təsərrüfat xərcləri, vergi müfəttişlərinə əmək haqqı, Azərbaycan Silahlı Qüvvələr Yardım Fonduna, Azərbaycan qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzlük haqqı ödənilmişdir.         Abunə və audit xidməti üçün xidmət haqqı ödənilmiş, Qızıl Aypara Cəmiyyətinə yardım edilmişdir.

ərizə ilə müraciət edən 23 aztəminatlı ailəyə 2000 manat məbləğində maddi köməklik göstərilmişdir. Novruz, Ramazan və Qurban bayramları münasibətilə qəsəbənin aztəminatlı və şəhid ailələlərinə bayram sovqatı paylanmışdır.

 Yanvar ayında Ramana qəsəbəsində yerləşən qəbiristanlıq üçün 3 ədəd dəmir barmaqlıq qapı düzəldilmiş, 2-ci Sahə yaşayış massivində yolun bəzi hissələrinə karbonat alınıb tökülmüş və C.Cabbarlı küçəsində kanalizasiya xətti açılmışdır. 20 Yanvar hüzn günü ilə əlaqədar qəsəbədə yerləşən xatirə kompleksinin qarşısında anım mərasimi keçirilmişdir. Fevral ayında Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsində yolun bəzi hissələrinə karbonat alınıb tökülmüşdür. Mart ayında Ramana qəsəbəsi 2-ci Sahə yaşayış massivində yolun bəzi hissələrinə karbonat alınıb tökülmüşdür. Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsində abadlıq və təmizlik işləri görülmüş, Ramana qəsəbə Nümayəndəliyinin qarşısına və qəsəbədə yerləşən “Ana” abidəsinin ətrafına su xətti çəkilmışdır.

 Aprel ayında Ramana qəsəbə ərazisində təmizlik və abadlıq işləri görülmüşdür. May ayında Ramana qəsəbə ərazisində təmizlik və abadlıq işləri görülmüşdür. iyun ayında Ramana qəsəbə ərazisində təmizlik və abadlıq işləri görülmüşdür. iyul ayında 2-ci Sahə yaşayış massivində yolun bəzi hissələrinin abadlaşdırılması məqsədilə karbonat tökülmüş, Bünyadzadə küçəsində yolun bir hissəsi hamarlanmış, Ramana qəsəbə Mədəniyyət evində cari təmir işləri görülmüş, idarəyə su çəni alıb birləşdirilmiş, 90 saylı məktəbin ətrafında kanalizasiya xəttinin bəzi hissələri təmir edilib açılmış, qəsəbə ərazisində təmizlik və abadlıq işləri görülmüşdür. Avqust ayında Ramana qəsəbə ərazisində təmizlik və abadlıq işləri görülmüşdür. Sentyabr ayında 2-ci Sahə yaşayış massivində məişət tullantılarının atılması üçün zibil meydançası tikilmiş, qəsəbədə yerləşən 198 saylı orta məktəbin həyətində təmizlik və abadlıq işləri görülmüşdür. Oktyabr ayında qəsəbə ərazisində yolların bəzi hissələrinə qum, çınqıl, karbonat tökülmüş, küçə işıqlarının dəyişdirilmiş, qəsəbə ərazisində təmizlik və abadlıq işlərinin görülmüş, şəhid ailəsinin həyətində yağış sularının qarşısını almaq məqsədilə bəndvurma işləri görülmüşdür. Noyabr ayında 2-ci Sahə ərazisində yolun bəzi hissələri qreyder vasitəsilə hamarlanmış, ərazidə yolların bəzi hissələrinə qum, çınqıl, şeben qırıntısı tökülmüş, Yeni Ramana Bünyadzadə küçəsində inşa edilmiş çoxmərtəbəli binanın   ətrafında abadlıq işləri görülmüş, Yeni Ramana Bünyadzadə küçəsində inşa edilmiş çoxmərtəbəli binanın ətrafında abadlıq işləri görülmüşdür. Dekabr ayında Qəsəbə ərazisində yollara qum, çınqıl, karbonat, şeben qırıntısı tökülmüş, Yeni Ramana Bünyadzadə küçəsində çoxmərtəbəli binanın ətrafındakı evlərin dam örtükləri dəyişdirilmiş, Ramana-Maştağa yolunda abadlıq və təmizlik işləri görülmüşdür.

Ötən il ərizində Ramana bələdiyyəsinə ümumilikdə müxtəlif idarələrdən 51 məktub, ayrı-ayrı vətəndaşlardan şifahi və yazili formada 9 müraciət daxil olmuş, müraciətlər araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Tərəfimizdən idarə və təşkilatlara 90 məktub göndərilmişdir. 

   Üzərimizə düşən məsələlərin həllinə istənilən səviyyədə nail ola bilməsək də bu istiqamətdə görülən işlərin həcmi ilbəil artmaqdadır. Biz öz fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.

 işimizi gələcəkdədə bu istiqamətdə qurub qəsəbənin sosial iqdisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin görülməsinə yönəldəcəyik.

  Qəsəbə bələdiyyələri rayon icra Hakimiyyəti strukturları və dövlət qurumları ilə əməkdaşlığı daha da dərinləşdirməkdə davam edəcəyik. 

intizar Rzayeva

 Sabunçu rayon Ramana bələdiyyəsinin sədri

ŞƏRHLƏR