"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz seçicilərimiz qarşısında verdiyimiz sözə əməl etməkdir

--2015-10-10 / 21:33

2014-cü il dekabr ayının 23-də ölkəmizdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon, əhmədli bələdiyyəsi üzrə seçkilərdə iştirak edən 28 namizəddən 13 nəfərinə etimad göstərildi. Azərbaycan Respublikası Konstitutsiyasının 114-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının  12 yanvar 2015-ci il tarixli Qərarı ilə 13 nəfər Xətai rayonu əhmədli bələdiyyəsinə üzv ıeçilmələri təsdiq olundu. Yanvar ayının 26-sı əhmədli bələdiyyəsi yeni tərkibdə ilk iclasını keçirdi. iclasda Xətai rayon icra Hakimiyyətinin birinci müavini Rafiq Quliyev və əhmədli qəsəbə icra nümayəndəsinin iştirakı ilə yeni təşkil olunmuş əhmədli bələdiyyəsinin sədr və sədr müavinləri seçildilər.

Bundan əvvəl ki, üç seçki prosesində əhmədli bələdiyyəsinə 11 üzv seçilib. 2014-cü ildə statistikaya görə əhmədli qəsəbəsində əhalinin sayı 10 min nəfərdən yuxarı olduğuna görə bu seçkidə 13 bələdiyyə üzvliyinə yer verildi.

Yeni bələdiyyədə olan dəyişikliklərə görə əhmədli bələdiyyəsi növbəti iclasına ştat cədvəlinin dəyişilməsi və büdcə proqnozunun hazırlanması növbəti iclasa çıxarılması nəzərdə tutulub.

2015-ci ildə əhmədli bələdiyyəsi öz fəaliyyətini “Bələdiyyələrin status” haqqında Azərbaycan Respublikasının qanunu və digər aktları rəhbər tutaraq təşkil edir. Ötən  müddət ərzində reqionların social-iqtisadi inkişafına dair dövlət proqramının icrası ilə əlaqədar Qəsəbə və kəndlərdə bir sıra tədbirlər həyata keçirilib. 

əhmədli qəsəbəsinin sosial iqtisadi inkişafı rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir. Ötən 2010-2014-cü illərdə Xətai rayonu icra Hakimiyyəti və icra nümayəndəliyi ilə birlikdə əhmədli bələdiyyəsi əvvəlki illərə nisbətən bir çox işləri həyata keçirib.

Beləki əhmədli bələdiyyəsinin ərazisində olan yerli problemlərin həlli istiqamətində bələdiyyə tərəfindən qəsəbənin bəzi küçələri mərhələləli şəkildə asfaltlanıb. 5-ci Rezervuar küçəsində 80 m su xətti plasmas boru ilə əvəz olunub. 3-cü Rezervuar küçəsində kanalizasiya xəttinin dəyişdirlməsi və qrunt sularının təmizlənməsi, çuxurların doldurulması işləri görülüb.

Mütəmadi olaraq məhəllə daxili dalan yollarının təmiri bələdiyyə tərəfindən davam etdirilir. Bunlardan başqa 2-ci əhmədli küçəsində 120 m, 8-ci əhmədli və 9-cu əhmədli küçələrinə 180 m kanalizasiya xətləri çəkilib və çuxurların doldurulması işləri görülüb.

N.əliyarov küçəsində divarların ağardılması işləri və kanalizasiya xəttləri dəyişdirilib. M.Hadi küçəsində təmizlik, abadlıq işləri, ş.Səmədov küçəsində təmizlik işlərinin aparılıb. 7-ci əhmədli küçəsi ev 16 ünvanda yaşayan təqaüdçü Rəhimov Yaşar Ağaxan oğlunun həyətyanı sahəsində dəmirdən olan su borusunu 20 m plasmas boru ilə dəyişdirilib.

əhmədli bələdiyyəsi qəsəbə poliklinikasının və çörək zavodunun açılışında yaxından iştirak edib. Məktəbin arxa hissəsində yığılıb qalan zibillərin təmizlənməsinə və yeni zibil qutuları üçün yer tikilib.

əhmədli kəndinə girəcəyindən abidəyə qədər divarların ağardılması və alaq otlarının təmizlənməsi,    ş.Səmədov küçəsi ilə birləşən dalanların sakinlərin uzun illər istifadə etdiyi yolların asfaltlanması və hissə-hissə çuxurların doldurulması işləri aparılıb və bələdiyyə tərəfindən 4 ədəd kanalizasiya lyuknun yenidən tikilib qurulub.

əhmədli bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri də qəsəbədə sosial layihələrin həyata keçirilməsidir. Aztəminatlı ailələrə, şəhid ailələri  daim bələdiyyənin diqqət mərkəzində saxlanılır. Artıq bununla bağlı  bu qrupa aid olan ailələrin siyahısı tutularaq onların vəziyyəti bələdiyyə iclasıarında mütəmadi olaraq müzakirə edilir.

Ötən dövrdə  yenə də əhmədli bələdiyyəsi qəsəbədə yaşayan aztəminatlı ailələrə, şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, Qarabağ əlillərinə bayram payı və maddi yardım edib. Qəsəbədə bələdiyyə və rayon icra Hakimiyəti  tərəfindən müxtəlif vaxtlarda iməciliklərdə və  ərazidə təmizlik işləri aparılmasında yaxından iştirak edib.

Xətai Rayon icra Hakimiyyəti ilə birlikdə Babək prospektində və Zığ şossesində ağacların əkilməsində yaxından iştirak etməklə onlara qulluq göstərilri.

Yeni tədris ilinin başlanması ilə əlaqədar 64 saylı məktəbin və uşaq bağçasının hasarları ağardılıb.

Biz əhmədli bələdiyyəsinin üzvləri olaraq seçicilərimiz qarşısında verdiyimiz sözə əməl etməklə, hər daim onların qarşılaşdığı problemlərin həllinə çalışırq.

inanırıq ki, bundan sonrakı illərdə də  əhmədli bələdiyyəsi Rayon icra Hakimiyyəti və əhmədli qəsəbə icra nümayəndəliyi ilə birlikdə rayonda və qəsəbədə gedən bütün quruculuq abadlıq işlərində ötən dövrlərdəkindən daha artıq şəkildə əzmlə çalışmaqla yeni uğurlara imza atacaqdır.

Məqsədimiz qəsəbəmizin yüksək inkişafına nail olmaq üçün faliyyətimizi daha da gücləndirməkdir.

Pərviz Quliyev

Xətai rayon əhmədli bələdiyyəsinin sədri   

 

ŞƏRHLƏR