"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz seçicilərimizə layiqincə xidmət etməkdir-BəLəDiYYə SəDRi HESABAT VERiR

--2017-01-18 / 16:51

Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmiş, ölkədə təhlükəsizlik tədbirləri təmin edilmiş, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşamış və hazırda da yaşamaqdadır. Buna səbəb isə ölkə rəhbərliyinin Azərbaycan xalqının yanında olması və qarşılığında da dəstək almasıdır. Məhz bu səbəbdən, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident cənab ilham əliyev qeyd edir: “Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək.”

“Bələdiyyələrin Statusu Haqqında” qanuna istinadən, ölkə bələdiyyələri ildə iki dəfədən az olmayaraq, seçiciləri qarşısında Hesabat iclası ilə çıxış etməlidir. Diqqətinizə çatıdırım ki, artıq ənənə halını almış Hesabat iclasları ilin ilk yarısında mətbuat konfransı formatında, ilin yekununda isə iclas formatında həyata keçirilir. Ölkə Başçısı cənab ilham əliyevin rəhbərliyi ilə reallaşan düşünülmüş, məqsədyönlü  siyasəti özünə nümunə götürən Binəqədi qəsəbə Bələdiyyəsi də hesabat dövründə sakinlərlə qarşılıqlı əməkdaşlıq fonunda fəaliyyət göstərmiş, onlara xidmətdən çəkinməmişdir. Bələdiyyəmiz bir çox istiqamətlərdə - sosial, iqtisadi, humanitar və s sahələrdə layihələr həyata keçirmiş, abadlıq, məişət tullantılarının daşınması kimi xidmətlər göstərmişdir. Xalqla təmasda bəzi hallarda formalaşmış mənfi steriotipi aradan qaldırmağa çalışan Binəqədi qəsəbə Bələdiyyəsi ümumi işi sakin rifahı, onlara xidmət, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur. Hesabat dövrü ərzində sakinlərin çoxsaylı müraciətləri əsasında bir sıra kommunal problemlər aradan qaldırılmış, həlli mümkün məsələlər yerində həll edilmiş, mümkün olmayanlar isə baxılması üçün aidiyyatı qurumlara göndərilmişdir. Qeyd edək ki, bələdiyyəmiz tərəfindən ötən il müxtəlif ünvanlarında 100-dən çox görüş keçirilmişdir. il ərzində Binəqədi qəsəbə bələdiyyəsinə 712  vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 480-i ərizə, 123-ü şikayət, 28-i təklifdir. 57 müraciət isə rayon icra Hakimiyyəti aparatından daxıl olmuşdur, 24-nə  nəzarət   qaydasında baxılmışdır. Vətəndaşların müraciətlərinin 103-ü məişət tullantıları, 281-i torpaq sahəsinin sənədləşdirilməsi, 140-ı kommunal məsələlər, 58-i mübahisəli hallar, 130-u isə digər mövzularla əlaqədar olmuşdur. Binəqədi qəsəbə Bələdiyyəsində hər bir ərizəyə diqqətlə yanaşılmış və vətəndaşın tələbləri qanun çərçivəsində öz həllimi tapmışdır. Daxil olmuş 712 müraciətlərin 457-i müsbət, 131-i qismən həll olunmuş, 67-nə  müvafiq izahat verilmiş, 22-i əsassız sayılmış və 20-i isə hələ icraatdadır.  Bundan əlavə, 2016-cı il ərzində Məhkəmə orqanlarında Hüquqi və Fiziki şəxslərin ərizələrinin baxılması sayəsində 30 mülkü və 103 inzibati iş üzrə məhkəmə iclasında iştirak edilmiş və sakinlərin hüquqları müdafiə edilmişdir.

Binəqədi qəsəbə Bələdiyyəsi Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyadan irəli gələn vəzifə və səlahiyyətləri, Prezident cənab ilham əliyevin imzaladığı Sərəncam və Fərmanları, Nazirlər Kabinetinin müvafiq qanunlarını rəhbər tutaraq, çoxsaylı layihələr reallaşdırmışdır. Onlardan bir qismini diqqətinizə çatdırmaq istəyirəm. Belə ki:

 

 Təsərrüfat sahəsində: Bələdiyyəmiz Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən verilmiş texnikaların köməyi ilə hesabat ilində 4000-dən artıq reys məişət tullantıları daşımış, 150-dən çox ünvanda bələdiyyəmizin təmizlik üzrə məsul əməkdaşlarının, eləcə də məhəllə komitələri üzvlərinin iştirakı ilə iməcliklər keçirilmiş, I və II mədən, Yeni Yol və DSK 4 ərazisində müxtəlif ünvanlarda məişət tullantıları meydançası tikilmiş, konteynerlər təmir edilmiş, bəzi hallarda yenisi ilə əvəzlənmişdir. şaxtalı havalarda yolun buzlaşmasının qarşısını almaq üçün öncdən duz tədarükü görülmüş, buzlama ehtimal edilən ərazilərə torpaq-duz qarışığı tökülmüşdüş. Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən aparılmış abadlıqlar da diqqətdə saxlanılmış, cari təmir işləri həyata keçirilmişdir. Bundan əlavə, qəsəbə ərazisindəki yaşıllıqlar, əkilmiş ağaclar vaxtaşırı sulanmış, mövsümə uyğun budanmış, əraziyə çox sayda gül kolları əkilmişdir. Qəsəbəmizin daxili yollarına asfalt və daş qırıntısı verilmiş, cari təmir işləri aparılmışdır.

 Humanitar və sosial sahədə: Bələdiyyəmizdə hesabat dövründə Binəqədi Rayon icra Hakimiyyəti Başçısı Aparatının tövsiyyəsinə əsasən, Humanitar sektor yaradılmış və daha səmərəli və qarşıya qoyulmuş hədəfə uyğun fəaliyyət proqramı tərtib edilmişdir. Belə ki, ötən il müxtəlif bayramlarda sosial aksiyalar keçirilmiş, ərzaq bağlamaları hədiyyə edilmiş, bələdiyyə tərəfindən qeydiyyata alınan 3 ailəyə aylıq bələdiyyə müavinəti verilmişdir. Bundan əlavə, 2 fevral – Gənclər günü, 5 mart – Bədən tərbiyəsi və idman günü, 8 mart – Beynəlxalq Qadınlar günü, 9 may – Qələbə günü, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsini günü, 26 iyul – Silahlı Qüvvələr günü, 15 sentyabr – Bilik günü, 5 oktyabr – Müəllimlər günü, 18 oktyabr – Müstəqillik günü, 9 noyabr – Bayraq günü kimi əlamətdar tarixlərdə müxtəlif maraqlı layihələr keçirilmişdir. Belə ki, beynəlxalq yarışlarda dərəcə almış və birincilik əldə etmiş idmançılarla görüşülmüş, qəyyumluqda olan, eləcə də bir qrup əqli və fiziki qüsurlu uşaqlar üçün Qubaya səfər təşkil edilmiş, qəsəbə ərazisində yerləşən “N” saylı hərbi hissədə bayram şənliyi keçirilmiş, Ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş və tələbə adını qazanmış şagirdlər üçün ziyafət, 30-dan çox aztəminatlı ailələrin birinci sinifə gedən uşaqlarına isə məktəbli forması verilmiş, qəsəbəmizin məktəb direktorları və qocaman müəllimləri gül çələngləri və hədiyyələrlə təbrik edilmiş, “Atəşgah” məbədinə, Azərbaycan Milli Tarixi və Bayraq müzeylərinə ekskursiyalar təşkil edilmiş, fiziki qüsurlu sakinimizə əlil arabası təqdim edilmiş və s. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin 1000-dən artıq canlı güvvəsi və 50-dən artıq texnikasının iştirakı ilə 179 saylı orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusundakı layihə, AR DiN Binəqədi Rayon Polis idarəsinin Pasport Qeydiyyat şöbəsinin dəstəyi ilə növbədənkənar şəxsiyyət vəsiqəsinin verilməsi layihəsi də xüsusi vurğulanmalıdır.

Ümummilli Lider Heydər əliyevin əziz xatirəsi hər zaman olduğu kimi, 2016-cı ildə də yüksək ehtiramla anılmış, məzarı önü ziyarət edilmiş, qəsəbə ərazisində yerləşən 179, 182 və 205 saylı orta məktəblərin müəllim və şagird heyəti ilə birlikdə Heydər əliyev Mərkəzindəki müzeyə gedilmiş, qəsəbəmizin girişində yerləşən plakatlar yenisi ilə əvəzlənmiş və 5000-dən çox gül kolu əkilmişdir.

20 Yanvar, 26 Fevral – Xocalı soyqırımı, 31 mart – Azərbaycanlıların soyqırımı günü kimi xalqımızın yaddaşına qanlı hərflərlə yazılmış günlərdə də bələdiyyəmiz anım tədbirləri keçirmiş, şəhidlər Xiyabanı və Ana Harayı abidəsi qəsəbə sakinləri ilə birgə ziyarət edilmişdir.

Ötən il qoşunların təmas xəttində Azərbaycan Milli Ordusunun zabit və əsgər heyəti qəhrəmanlıq səlnaməsi yazdılar. Düşmənin növbəti təxribatının qarşısının alınmasında şücaət göstərən igidlərimizdən ikisi Emin Bağırov və Fəxrəddin Qurbanlı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəsəbəmizin şəhidləri kimi tarixə düşdü. şəhidlərimizin dəfn və yas mərasimində Bələdiyyəmizin əməkdaşları da qəsəbə sakinləri kimi yaxından iştirak etmiş, təşkilatı məsələlərə nəzarəti həyata keçirmişdir. şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə bir daha başsağlığı veririk.

 

-   Kommunal sahədə: Heç kəsə sirr deyil ki, qəsəbə ərazisində uzun illər mövcud olan bir sıra kommunal problemlər son zamanlarda öz həllini tapsa da, bu, heç də problemin köklü aradan qaldırılması demək deyil. Belə ki, qəsəbəmizin I, II və III mədən ərazilərində, Vulkan dağ massivində, Gülüstan küçəsi 14-15-də bir sıra kommunal problemlər hələ də qalmaqdadır. içməli suyun verilməsindəki məhdudiyyətlər, kanalizasiya problemi, qazın təzyiqinin aşağı olması sakinlərimiz tərəfindən haqlı narazılıqla qarşılanmaqdadır. Bu məqsədlə, bələdiyyəmiz II və III mədən ərazisində qeydiyyata alınmış 20-dən çox ailəni Binəqədi Rayon Sukanal idarəsi ilə birlikdə mütəmadi içməli su ilə təmin edir. Son illər qəsəbəmizdə məskunlaşma sayının çoxalması kanazasiya problemini də qabartmışdır. Belə ki, sözügedən sahədə şəbəkələşmənin azlıq təşkil etməsi istər çirkli, istərsə də yağış sularının ötürülməsində ciddi problemlər yaradır. 17 oktyabr tarixində ölkə ərazisində yağan leysan xarakterli yağışlardan sonra Binəqədi şossesində yaranmış subasma nəticəsində qəsəbə ərazisində 200-dən artıq evin zirzəmisi, həyətyani sahəsi bu və ya digər şəkildə su altında qalmışdır. Problemin aradan qaldırılması istiqamətində operativ olaraq, qərargah yaradılmış, Fövqəladə Hallar Nazirliyinin, Binəqədi Rayon Sukanal idarəsinin əməkdaşları və texnikaları cəlb edilmişdir. Diqqətinizə çatdırım ki, qeyd olunan problemin köklü şəkildə aradan qaldırılması istiqamətində ölkə Prezidenti cənab ilham əliyev 11 noyabr tarixində Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Sərəncam imzalamış, işçi qrupuna 3 ay müddətində təkliflər planını hazırlamağı tapşırmışdır. əminik ki, qeyd olunan məsələ yaxın zamanlarda ən yüksək səviyyədə öz həllini tapacaqdır.

 

-   iqtisadi sahədə: Məlumdur ki, 2016-cı il nəinki ölkəmizdə, ümumən dünyada maliyyə baxımından problemlərlə zəngin il olmuş, neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrin büdcələrinə mənfi təsir göstərmişdir. Ölkə Prezidenti cənab ilham əliyevin bildirdiyi kimi, Azərbaycan da bu axından kənarda qalmamış, maliyyə gəlirlərində ciddi azalmalar müşahidə olunmuşdur. Lakin buna baxmayaraq, zamanında və adekvat tələblərə cavab verən addımların atılması, müvafiq Sərəncam və Fərmanların imzalanması nəticəsində ölkə iqtisadiyyatı ciddi xəsarət görməmiş, əksinə sosial layihələr davam etdirilmişdir. Bu baxımdan, qeyd etməliyəm ki, Binəqədi qəsəbə Bələdiyyəsi də 2016-cı ildə bir sıra maliyyə çətinlikləri ilə üzləşmiş, əhalidən və sahibkarlardan yığılan torpaq və əmlak vergisinin cəmində azalmalar müşahidə edilmişdir. Bu isə bələdiyyənin qarşıya qoyduğu layihələrin tam icrasını gecikdirmişdir. Ötən il Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə 298849 manat vəsait mədaxil olsa da, 298389 manat məxaric edilmişdir. Xərclərimizdən 59852 manatı əmək haqqına, 78456 manatı məişət tullantılarının daşınmasına, 38538 manatı abadlıq və yaşıllaşdırma işlərinə, 1742 manatı maddi yardıma, 95032 manatı idarənin saxlanmasına, 24769 manatı isə digər xərclərə istidafə edilmişdir. 1 yanvar 2017-ci il tarixinə 460 manat bələdiyyə büdcəsində qalıq olmuşdur. Hazırda Binəqədi qəsəbə Bələdiyyəsinin 120000 manat debitor, 69608 manat isə kreditor borcu mövcuddur. Fürsətdən istifadə edib, bu gün bu zalda iştirak edən qəsəbə sakinlərindən, ziyalılardan bir daha xahiş edirəm ki, bələdiyyə borclarını, rüsumlarını zamanında ödəniş etsinlər ki, təsərrüfat, sosial və humanitar istiqamətli layihələrin keçirilməsinda daha zəngin hesabatla çıxış edə bilək. Diqqətinizə çatdırım ki, Bələdiyyə vergilərinin intensivliyinin təmin edilməsi istiqamətində 2015-ci ildən başlanılan Bələdiyyə Vergi isformasiya Sistemi ötən ildə də davam etdirilmiş, əlavə olaraq, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi də yaradılmışdır ki, orada vergi ödəyicilərimiz haqqında müfəssəl bilgilər yer almaqdadır.

2016-cı ildə Binəqədi rayonunun bələdiyyələri ölkədə bir ilkə imza atmışdır. Belə ki, Binəqədi Rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi rayonunun bələdiyyələri şəmkir, Gədəbəy və ismayıllıda səfərdə olmuş, sözügedən rayonların bələdiyyələri ilə “Niyyət Sazişi” imzalamışdır. Bununla da kənd bələdiyyələrin köməkliyi ilə kənd-təsərrüfatı məhsullarının paytaxt Bakıda satışı üçün münbit şərait yaradılmışdır. Binəqədi – Novxanı yolunda hazırda fəaliyyət göstərən yolüstü Bələdiyyə Yarmarkası da həyata keçirilən fəaliyyətin məntiqi nəticəsidir.

 

2016-cı il ölkəmizdə Prezident cənab ilham əliyev tərəfindən "Multikulturalizm ili" elan edilmişdi. Ötən il bir daha sübut edildi ki, Azərbaycan bütün dünya dinlərinin sərbəst şəkildə yaşaya bildiyi bir məkandır. Burada dinlərarası kinayə, ikrah, düşmən münasibəti deyil, qardaşlıq, sülh hökm sürür. Məhz bu səbəbdəndir ki, 30 oktyabr – 6 noyabr tarixlərində keçirilən Yerli Demokratiya Həftəsində Binəqədi qəsəbə Bələdiyyəsi “Multikultural dəyərlərin inkişafında bələdiyyələrin rolu” mövzusunda beynəlxalq tədbirə evsahibliyi etdi. Tədbirdə Millət vəkili Kamran Bayramov, Binəqədi Rayon icra Hakimiyyəti Başçısının müavini Vüsar ismayılov, Binəqədi Rayon icra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Yuris Maklakovsk, Litva Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Valdes Laskauskas, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili, indrek Krivek, şəhər Bələdiyyələri Milli Asossiasiyasının Baş katibi Tofiq Həsənov və digərləri iştirak etmişdir. Azərbaycan bələdiyyələrinin qeyd olunan sahədə həyata keçirdikləri fəaliyyət və Baltikyani dövlətlərlə qurulmuş əməkdaşlıq haqqında geniş fikirlərin yer aldığı konfrans qəsəbə sakinləri tərəfindən də müsbət qarşılanmışdır. Fəxrlə deyə bilərik ki, Binəqədi qəsəbəsi milli-mənəvi dəyərlərə sahib çıxması, dinimizin kənar təsirlərdən qorunması istiqamətində hər zaman fərqlənir, nümunə təşkil edir.

Vəzifə xidmətdir! Özünütəsdiqə söykənən xidmət. Bu xidmətin ünvanı - müstəqil dövlətindir, vətənindir, millətindir! Oxuduqlarına, öyrəndiklərinə, bildiklərinə arxalanaraq yorulmadan çalışmalı, xidmət göstərməliyik! ən əsası etimadı doğrultmalıyıq!

Yuxarıda qeyd olunanlara əsaslanaraq, bildirmək istəyirəm ki, hesabat dövründə bir çox islahatlar aparılmış, nailliyyətlər qazanılmışdır. Lakin bütün bunlara baxmayaraq, problemlərimiz də mövcuddur, neqativ hallar tamamilə aradan qalxmamışdır. əgər sakinlərimizi narahat edən məqamlar davam edirsə, məişət tullantılarının daşınmasında gecikmələr müşahidə olunursa, sabahın ümidi olan şagirdlərimiz dərsə gələrkən hələ də yolda problemlə qarşılaşırsa, təhsil müəssisələrində, səhiyyədə cəmiyyətimizin zərərli vərdişləri davam edirsə, vətəndaş müraciətlərində təkrar yazışmalar, sənədləşmələrdə gecikmələr, bələdiyyə vergilərinin yığılmasında kəsirlər varsa, özbaşna tikililərin sayı artmaqdadırsa, deməli, görüləsi işlərimiz hələ çoxdur. Ümidvaram ki, 2017-ci il qeyd olunan nöqsanların aradan qaldırılması və fəaliyyətimizin daha da təkmilləşdirilməsi istiqamətində uğurlu il olacaqdır.

Aytac əliyeva

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri

ŞƏRHLƏR