Azad, müstəqil respublikamızda bələdiyyə institutlarının yaradılmasından keçən müddət ərzində onun hüquqi bazasının möhkəmləndirilməsi sahəsində çox işlər görülmüşdür. Bələdiyyələrin öz ərazisində iqtisadiyyatın inkişafına, infrastrukturların yaxşılaşdırılmasına verdiyi töhfələrin həcmi hiss olunacaq dərəcədə artmışdır. illər ötdükcə bələdiyyələrə dövlət qayğısının məzmunu və həcmi də təkmilləşdirilir.
Bu baxımdan Oğuz bələdiyyəsi də yarandığı gündən qarşısına qoyduğu vəzifələri maksimum yerinə yetirməyə çalışmışdır. Bu vəzifələrimizi ötən il layiqincə yerinə yetirmiş, demokratiyanın inkişaf etdirilməsində xeyli uğurlar qazanmışıq. Tam məsuliyyətlə vurğulaya bilirik ki, 2015-ci il Oğuz rayonu üçün yaddaqalan və uğurlu il olmuşdur. Möhtərəm prezidentimiz ilham əliyevin regionlara göstərdiyi diqqət və qayğısı işlərimizi daha da uğurla həyata keçirmək üçün stimul vermişdir.
2015-ci ildə Oğuz bələdiyyəsi öz işini bələdiyyələrə aid qanunlar və normativ aktlar əsasında qurmuş, bütün məsələlərin həlində kollegiallıq prinsipinə əməl olunmuşdur.
Ötən il ərzində bələdiyyənin 14 iclası keçirilmişdir. iclaslarda 73 məsələ müzakirə edilmişdir. 10 məsələ sosial sahəyə, 28 məsələ torpaqla bağlı müraciətlərə, 12 məsələ şəhərdə aparılan abadlıq işlərinə, bayram tədbirləri və ictimai tədbirlərə, qalan 23 məsələ isə «Bələdiyyələrlə iş Mərkəzi» nin tövsiyyələrinin və təlimatlarının, ekoloji problemlərin, vergi toplanması ilə əlaqədar görülmüş işlərin müzakirəsi və s. həsr edilmişdir.
Bələdiyyənin iclasları «Bələdiyyələrin statusu haqqında» qanunun 16 maddəsinin bəndlərinə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilmişdir.
iclaslarda bələdiyyə üzvlərinin üzürsüz səbəbdən yayınması faktı olmamş və il ərzində bələdiyyə üzvlərinin iclaslarda orta iştirak sayı 8 nəfər olmuşdur.
Bələdiyyənin bütün iclasları protokollaşdırılmış və təlimata uyğun olaraq iclas keçiriləndən sonra 15 gün müddətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir.
Bələdiyyənin daimi və başqa komissiyaları
Oğuz bələdiyyəsində «Bələdiyyələrin statusu haqqında» Qanunun 17-ci maddəsinə uyğun olaraq öz səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi, hazırlanması və qəbul olunmuş qərarların həyata keçirilməsinə yardım göstərilməsi üçün 5 daimi komissiya yaradılmışdır. Bunlar «Yerli büdcə məsələləri», «Yerli sosial məsələlər», «Yerli ekologiya məsələləri», «Yerli iqtisadi-inkişaf məsələləri» və «Hüquq məsələləri» daimi komissiyalarıdır.
Daimi komissiyalar il ərzində fəal işləmiş, bələdiyyə iclaslarında müzakirə edilmiş bütün məsələləri əvvəlcədən araşdırmış, iclaslara çıxarılmasını tövsiyyə etmişdir. Məlumdur ki, qanuna əsasən bələdiyyələr öz fəaliyyətini daimi və başqa komissiyalar vasitəsilə həyata keçirirlər.
«Yerli büdcə məsələləri» daimi komissiyası yerli vergilərə və ödənişlərə, yerli büdcəyə aid qərar və layihələrini hazırlamış, yerli büdcənin icrası ilə bağlı hesabatlara rəy vermişdir.
«Yerli sosial məsələlər» daimi komissiyası yerli sosial müdafiə və sosial inkişaf, əmək, məşğulluq, sosial təminatlara aid məsələləri hazırlamışdır.
«Yerli ekologiya məsələləri» daimi komissiyası yerli ekoloji problemlər barəsində layihələr hazırlamış və həyata keçirilməsi üçün səy göstərmişdir.
«Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyası bələdiyyə mülkiyyətindən səmərəli istifadə edilməsi barədə arayışlar və rərar layihələrini hazırlamışdır.
«Hüquq məsələləri» daimi komissiyası bələdiyyəmizin qərar layihələrinin Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunvericiliyinə uyğun hazırlanmasına nəzarət etmişdir.
Bələdiyyənin icra orqanı.
Bələdiyyənin icra aparatı 2015-ci ildə pis işləməmişdir. icra aparatına «Maliyyə və vergilər» şöbəsi, «Ümumi şöbə», bələdiyyədən əmək haqqı alan digər işçilərdən ibarətdir. Bələdiyyənin bütün fəaliyyəti onun icra aparatında işləyən qulluqçuların bacarığından və işə yaradıcı yanaşmalarından asılıdır. Hesabat ilinin yekunları bir daha sübut edir ki, icra aparatı öz işini günün tələbləri səviyyəsində qura bilmişdir.
Vətəndaşların müraciətlərinə baxılması.
2015-ci ildə Oğuz bələdiyyəsinə 280 məktub, ərizə və şikayət daxil olmuşdur. O cümlədən idarə və təşkilatlardan daxil olan müraciətlərin sayı 18, vətəndaşlardan daxil olan ərizə və şikayətlərin sayı 200 olmuşdur. ərizələrin 45-i torpaqla bağlı, 12-i maddi yardımla bağlı, 5-i isə digər tələblərlə bağlı olmuşdur. «Vətəndaşların müraciətlərinə baxıması qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, aidiyyatı üzrə daimi komissiyalar tərəfindən araşdırılmış, bələdiyyənin iclaslarında müzakirə edilmiş, nəticələr barəsində onlara məlumat verilmişdir. Bundan başqa müxtəlif məsələlərlə bağlı icra aparatı tərəfindən qəbul günlərində 186 nəfər şəhər sakini qəbul edilmişdir.
Bələdiyyənin torpaqları.
Oğuz bələdiyyəsi yaradılarkən onun mülkiyyətinə torpaq sahələri də verilmişdir. Oğuz şəhər «28 May» istehsal kooperativinin yerli islahat komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 â„–-li iclas qərarı ilə Oğuz bələdiyyəsinə 1113,64 ha torpaq sahəsi ayrılmışdır. Bundan 58,26 hektarı perspektiv inkişaf fondu, 49,62 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Qalan 1005,76 ha isə ümumi istifadədədir.
2015-ci il ərzində cəmi 1.37 ha torpaq satılmışdır. Bundan 1.36 ha həyətyanı, 0.013 hs isə sahibkarlıq məqsədi ilə əhali tərəfindən özəlləşdirilmişdir.
Satılmış torpaqların 0.78 ha hərrac vasitəsilə özəlləşdirilmişdir.
Son bir neçə il ərzində şəhərimiz xeyli inkişaf etmişdir. Yaraşıqlı evlər, sahibkarlıq obyektləri, inzibati idarə binaları tikilib istifadəyə verilmiş və tikilməkdədir. əhalinin həyətyanı torpaq sahəsi almaq tələbatı günü-gündən artır. Bu da dövlətimizin məqsədyönümlü şəkildə apardığı iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur. Bu tələbatı ödəmək üçün yeni sahənin ayrılması işləri başa çatdırılmışdır. şəhərin cənub-qərb hissəsindəki torpaq sahəsi bu məqsəd üçün nəzərdə tutulub.
Bələdiyyənin torpaq mülkiyyəti sahəsində problemlər də mövcuddur. Respublikamızda bələdiyyə institutlarının yaranmasından 16 il keçməsinə baxmayaraq bu günədək Oğuz bələdiyyəsinə mülkiyyət hüququ verən sənəd verilməmişdir. Digər bir problem isə şəhərdə yerləşən fındıq bağları sahəsindəki vəziyyətdir. «Oğuz-Bakı» su kəmərinin çəkilişi ilə əlaqədar olaraq bağlarda aparılan torpaq işləri nəticəsində 60 hektardan çox ərazi istifadəyə yararsız hala düşmüşdür. Yerli sakinlərin pay torpaqlarından su xətti altına düşən ərazilərin əvəzinə bələdiyyənin əkinəyararlı 49,09 ha torpaq sahəsini əhaliyə paylamışlar. Bu baradə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2009-cu il 211- s â„–-li Qərarı mövcud olsa da bələdiyyənin alınmış torpaq sahəsi bu günədək əvəzlənməmişdir.
Sosial sahədə fəaliyyət
Hesabat ilində bələdiyyə iclaslarında müzakirə edilən 10 məsələ sosial sahəyə aid olub. Təşkilatımızda sosial baxımdan aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərilməsi ənənə halını alıb. imkansız ailələr və adamlar daima diqqət mərkəzində saxlanmış, vaxtaşırı olaraq onlara köməklik göstərilmişdir. Hesabat ilində 12 nəfərə 1175.00 manat yardım edilmişdir. Yardım alanların içərisində xəstələr, ailə başçısını itirmişlər, işsizlər və s. vardır. Belə ailələr bayram günlərində də yaddan çıxmamışlar. Qurban, Novruz və yeni il bayramlarında onlara ərzaq zənbilləri təqdim edilmiş və bayram tədbirlərində iştirakları təmin edilmişdir. şəhid ailələri, Xocalı soyqırımına məruz qalmış Qarabağ köçkünləri ilə əlaqə heç vaxt üzülməmiş və onlara da maddi köməkliklər göstərilmişdir. Bütün bu deyilənlər bələdiyyənin «Yerli sosial məsələlər» daimi komissiyasının məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Müraciət edən sakinlərin ailə-məişət şəraiti komissiya üzvləri tərəfindən araşdırıldıqdın sonra qərarlar qəbul edilmişdir.
şəhərdə abadlıq işlərinin aparılması və bayram tədbirlərinin keçirilməsi
2015-ci ildə Oğuz şəhərində tikinti və abadlıq işləri müvəffəqiyyətlə davam etdirilmişdir.
şəhərimizin cənub hissəsində, H.əliyev küçəsi və şəki yolunda hər iki tərəfində ağac və gül əkilmiş, isti yay günləri ağacların qurumasının qarşısını almaq üçün suvarma işləri aparılmışdır. şəhərdə su-kanalizasiya çəkilişi demək olar ki, başa çatdırılmışdır. Su-kanalizasiya çəkilişi ilə əlaqədar qazılmış şəhər daxili yollar bərpa edilmiş və əsasən asfalt örtüyü ilə örtülmüşdür. Görülən işlərdə bələdiyyə də fəal iştirak etmişdir.
Bələdiyyəmiz rayonda keçirilən bütün ictimai işlərdə də fəal olmuş və keçirilən bayram və digər tədbirlərdə öz töhfəsini vermişdir. 2015-ci ildə şəhərimizdən ali məktəblərə qəbul olmuş abituriuentlərlə görüşlərdə hədiyyələrlə iştirak edilmiş, 8 mart, Novruz, Qurban bayramları təşkil edilmiş, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 24-cü ildönümü qeyd edilmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə bayram şənliyi keçirilmişdir. şəhərdəki uşaq bağçalarına bayram hədiyyələri alanıb verilmişdir. Yeni il bayramını qeyd etmək üçün ərzaq zənbilləri hazırlanmış və maddi durumu ağır olan ailələrə çatdırılmışdır.
Ekologiya sahəsi
Bələdiyyə tərəfindən ekologiya sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. «Yerli ekologiya məsələləri» daimi komissiyasının üzvlərinin yaxından köməyi ilə şəhərimizin yaşıllaşdırılması günləri keçirilmişdir. ildə iki dəfə yaz və payız aylarında yol kənarlarına çiçək kolları, dekorativ ağaclar əkilmiş, şəhərimizin şərq və qərb tərəfindən axan çay yataqları məişət tullantılarından təmizlənmiş, şəhər zibilxanasında 2 dəfə kürümə, toplama, basdırma və s. işlər görülmüşdür. Rayonumuz, o cümlədən şəhərimiz, elə regionda yerləşir ki, olanı qoruyub saxlamaq üçün səy göstərmək tələb olunur.
Son illər respublikamızın bəzi rayonlarında az da olsa quduzluq hallarının baş verdiyini nəzərə alaraq qarşılayıcı tədbirlər görürük. Yəni şəhərdə olan sahibsiz itlərin zərərsizləşdirilməsi məsələlərinə diqqətlə yanaşılmışdır. Hal-hazırda şəhərimizdə su-kanalizasiya çəkilişi başa çatmaq üzrədir. Bələdiyyəmiz tikinti aparanlarla sıx əlaqəli iş quraraq torpaq tullantılarını atmaq üçün yer ayırmış və bununla bələdiyyəyə məxsus örüş sahələrinin qorunmasını təmin etmişdir.
Tədris müəssisələri ilə iş
şəhərimizdə 3 orta məktəb, 2 uşaq bağçası, şəhmət, musiqi və idman məktəbləri fəaliyyət göstərir. Bələdiyyəmiz bu tədris ocaqları ilə sıx əməkdaşlıq edir. Məktəblərin və bağçaların keçirdiyi bütün tədbirlərdə idarəmiz onlara maddi və mənəvi dəstək olur. idman sahəsi də diqqət mərkəzində saxlanılır. Respublikanın digər şəhərlərində yarışlara gedən idmançılar həmişə bələdiyyənin köməyini hiss edir.
Məktəblərimizdə oxuyan Qarabağ əlillərinin və veteranlarının uşaqlarına dərs ləvazimatı və məktəbli paltarı alınmasında yardımlar edilir. Məktəb məzunları, ali və orta ixtisas məktəblərinə daxil olanlarla görüşlər keçirilir. Ali məktəbdə təhsil alan və valideynlərini itirmiş bir tələbəyə aylıq stipendiya təyin edilmişdir. Artıq dörd ildir ki, stipendiya təqdim olunur. Uşaq bağçaları bayram tədbirlərində hədiyyələrlə təmin olunurlar.
şahmat və idman məktəbləri ilə əlaqəmiz idmanın inkişafına xeyli köməklik göstərir. Hər il keçirilməsi ənənə şəklini almış Ulu öndər H.əliyevin ad günü münasibətilə təşkil olunan rayon futbol birinciliyində Oğuz şəhər komandasının birinci yer tutması buna bariz misaldır. şəhərimizin şahmatçıları respublika yarışlarında tanınmağa başlamışlar. Rayonumuzun görkəmli ziyalıları və ağsaqqallarını gənc nəslə tanıtmaq sahəsində də xeyli iş görülmüşdür. Oğuz rayon məktəbləri arasında hər il keçirilən «Asfalt üzərində rəsm» birinciliyinin sponsorlarından biri də bələdiyyəmizdir.
Hesabatda nəzərinizə çatdırılan və çatdırılmayan işlər və keçirilən tədbirlər seçicilərimizin bələdiyyəyə olan münasibətinin, Rayon icra Hakimiyyətinin mənəvi köməyinin, ağsaqqallarımızın məsləhətləri sayəsində ərsəyə gəlmişdir. Görülmüş işləri, qazanılmış müvəffəqiyyətləri əlimizdən alan yoxdur. əsası odur ki, bu göstəricilər və köməklər bizi qarşıdan gələn 2016-cı ildə daha yaxşı işləməyə şövq edir, ruhlandırır.
Oğuz rayonu respublikamızın turizm potensialı güclü olan regionlarından biridir. Bu sözləri rayonumuza 5 dəfə qonaq gəlmiş hörmətli prezidentimiz cənab ilham əliyev deyib. Biz bu potensialdan maksimum istifadə etmək üçün qüvvə və bacarığımızı əsirgəməməliyik. Oğuz bələdiyyəsi rayonun aparıcı qüvvələri ilə əl-ələ verərək bütün çətinlikləri və problemləri həll etmək əzmindədir və edəcəkdir.
A.M.Cavadov
Oğuz bələdiyyəsinin sədri